Tarix : 2019 Jun 11
Kod 58304

Ermənistan Müdafiə Nazirliyi hərbçimizi şəhid edən qatilləri mükafatlandırdı

Ermənistan müdafiə naziri David Tonoyan azərbaycanlı hərbçini öldürənləri mükafatlandırıb.

Arannews-FaktXeber.com-un Panorama.am-a istinadla verdiyi məlumata görə, əməliyyat planlı şəkildə həyata keçirilib.

«Hərbçilər onlar qarşısında qoyulan tapşırığı yüksək səviyyədə yerinə yetirib», - deyə məlumatda bildirilir.

Tonoyan bunu Sipan Melkonyanın intiqamı adlandırıb.

Qeyd edək ki, son günlər Qarabağda erməni hərbçilər öz təxribatlarını artırıblar: mayın 30-da  erməni tərəfinin provokasiyası nəticəsində Azərbaycan Ordusunun zabiti mayor Aqil Akif oğlu Ömərov şəhid olub. İyunun 1-də isə təmas nöqtəsində atışma nəticəsində 19 yaşlı erməni əsgər Sipan Melkonyan ölüb.

İyunun 9-da Tərtər istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan ordusunun əsgəri Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Xarici İşlər Nazirliyi iyunun 9-da Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobudcasına pozaraq törətdiyi növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusunun həlak olması ilə bağlı bəyanat yayıb.

FaktXəbər-in məlumatına görə, bəyanatda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə qarşıdan gələn növbəti görüşü ərəfəsində Ermənistanda müharibə tərəfdarları və onların himayədarlarının məqsədyönlü şəkildə törətdiyi növbəti qanlı əməl münaqişənin həlli üzrə aparılan danışıqları pozmaq və bölgədə gərginliyi artırmağa xidmət etdiyi bildirilir.

"Vurğulayırıq ki, bu ssenarinin həyata keçirilməsinin tam məsuliyyəti Ermənistan və bu ölkənin rəhbərliyi üzərindədir", - deyə bəyanatda qeyd olunur.

  • Yazılıb
  • da (də) 2019 Jun 11
  • Göndərən مدير سايت Aran News