Tarix : 2019 Jun 11
Kod 58305

Qarabağ məntəqəsində Azərbaycan Respublikasının bir hərbçisi öldürülüb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu ölkə ordusunun bir hərbçisinin Ermənistanla münaqişəli Qarabağ məntəqəsində öldürülməsindən xəbər verib.

Arannews-Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu gün səhər tezdən bir məlumatda Ermənistanın hərbi qüvvələrini münaqişəli Qarabağ məntəqəsində təxribatçılıq törətməkdə ittiham edərək bildirib ki, bu respublikanın Tərtər rayonu istiqamətində erməni qüvvələr tərəfindən atəşkəsin pozulması nəticəsində bu ölkənin bir hərbçisi öldürülübdür.

Təqribən on gün bundan öncə də Azərbaycan Respublikası ordusunun bir hərbçisi Ermənistanla münaqişəli Qarabağ məntəqəsində öldürülmüşdü.

Qarabağ məntəqəsi üstündə Azərbaycan Respublikası ilə Ermənistan arasında münaqişə 1988-ci ildə başlanaraq, 1991-ci ildə hərbi qarşıdurmaya çevrilib və bu münaqişə nəticəsində Qarabağ məntəqəsi və ətrafdakı yeddi rayon erməni qüvvələrin nəzarətinə keçdi.

  • Yazılıb
  • da (də) 2019 Jun 11
  • Göndərən مدير سايت Aran News