Tarix : 2019 Jun 12
Kod 58312

ABŞ dövlət katibi Gürcüstanla əlaqələrindən danışıb

Ötən gün ABŞ dövlət katibi Mayk Pompeo Gürcüstanla olan əlaqələrin səviyyəsindən danışıb.
"Arannews-ABŞ ilə Gürcüstan müdafiə, təhlükəsizlik, ticarət və energetika sahələrində uğurlu əməkdaşlıq edirlər. Gürcüstan ABŞ-ın strateji tərəfdaşıdır". 
Bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşdən sonra keçirdiyi birgə brifinqdə söyləyib. 
M.Pompeo Gürcüstanın beynəlxalq turizm mərkəzi və qlobal təhlükəsizliyə töhfə verən ölkə olduğunu deyib. 
M.Baxtadze bildirib ki, Gürcüstan ABŞ-la uğurlu əməkdaşlıq edir: “Əldə etdiyimiz bir çox nailiyyətlər ABŞ-la səmərəli strateji tərəfdaşlığın birbaşa nəticəsidir”. 
Baş nazir deyib ki, son 10 il ərzində Gürcüstan ABŞ-la dinamik, hərtərəfli əməkdaşlığı inkişaf etdirib və Prezident Trampın dövründə bu əlaqələr yüksək səviyyəyə çatıb.
  • Yazılıb
  • da (də) 2019 Jun 12
  • Göndərən مدير سايت Aran News