Tarix : 2019 Jun 13
Kod 58314

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib. 

Qeyd olunub ki, hazırda vakant yerlər var və sənəd qəbulu davam edir. 

Həcc ziyarətinə getmək üçün sənədlərini təqdim edənlərdən 60-ayaxını təkrar ziyarətə getmək istəyənlərdir.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 (ötən il 1440) nəfərlik kvota ayrılıb. Bu il otellər də fərq olacaq. Səudiyyə Ərəbistandakı iqtisadi durumla əlaqəli qiymət fərqlidir. Qiymətlərdə 75 dollar artım var. Yəni bu il Həcc ziyarətinin qiyməti 4225 ABŞ dolları (ötən il 4150 dollar) təşkil edir.

Avqustun 1-dən 6-a qədər gediş, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönüş olacaq. Zəvvarlar üçün AZAL milli aviaşirkətinin 6 təyyarəsi ayrılıb. Plana əsasən, gediş üçün gün ərzində 2-3, dönüş üçün isə 2 reys olacaq

  • Yazılıb
  • da (də) 2019 Jun 13
  • Göndərən مدير سايت Aran News