Tarix : 2019 Jun 14
Kod 58321

Qarabağda atışma - Erməni hərbçisi məhv edildi

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində atışma nəticəsində erməni əsgəri məhv edilib.

Arannews-Virtualaz.org -a istinadən bildirir ki, xəbəri Ermənistan Müdafiə Nazirliyi yayıb.

Qeyd olunur ki, bu gün saat 17:05 radələrində düşmənin Qarabağın şimal istiqamətində yerləşən döyüş postunda 1999-cu il təvəllüdlü hərbi qulluqçu Artyom Vazgen Xaçatryanın meyiti aşkar edilib.

Onun qarşı tərəfdən aldığı güllə yarasından öldüyü bildirilir.

Qeyd edək ki, son bir neçə həftə ərzində cəbhə xəttində ciddi gərginlik müşahidə olunur. Ermənistan ordusu müntəzəm təxribatlara əl atır. Nəticədə Azərbaycan Ordusunun mayoru Aqil Ömərov və hərbçisi Elşən Xəlilov həlak olublar.

  • Yazılıb
  • da (də) 2019 Jun 14
  • Göndərən مدير سايت Aran News