Xəbər Lenti

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Cəbhədən son xəbər - Müdafiə Nazirliyi

Azərbaycanlı deputatlar 15 iyul - Türkiyədə çevriliş cəhdinin qarşısının alınmasının ildönümü tədbirlərinə qatılacaq

S-400-ün satın alınması Türkiyənin müasir tarixində ən mühüm hadisədir

Yəmən ordusu səud muzdurlarının Həccədəki mövqelərinə raket hücumu edib

Ərəbistan və BƏƏ Tükiyə ilə müharibəyə hazırlaşır

Müsəlman Birliyi Hərəkatı daha bir bəyanat verdi

Gürcüstanda İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə möhtəşəm tədbir keçirilib (FOTO)

Polisdən sosial şəbəkədə yayılan video ilə bağlı

Niyə İmam Rzaya “Şəmsuş-Şumus” ləqəbi verilib

Seyid Nəsrullah: Öldürmək və yaşatmaq Allahın əlindədir, amma Qüdsdə namaz qılacağıma inanıram

Üç hakim vəzifəsindən azad edilib

Dunya Mijatovic: "Azərbaycanda ifadə azadlığı təhlükə altında qalmaqda davam edir"

İlham Əliyevin "İslamı" simpozumlarda, konfranslardadır, əməllərdə yox

Elçin Sadıqovla bağlı intizam icraatına xitam veriləcək

Jurnalistin məhkəməsi davam edib

Fərman Ceyranlı beynəlxalq axtarışa verilib

Müdafiə Nazirliyi: ABŞ indiyədək Azərbaycana heç bir silah satmayıb

8372 müsəlmanın öldürüldüyü Srebrenitsa qətliamından 24 il ötür

Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Baş Prokurorluqda olub

ELAN! İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə tədbir keçirləcək

XİN Ermənistanın xarici işlər nazirinə cavab verib

Azərbaycanda Hacı Tale Bağırovun kimliyinin terroru; ermənilərin ona dəstək verməsi kimi gülünc bəhanə ilə

Milli Məclisdə “Dövlət bayrağı haqqında” qanuna dəyişiklik müzakirə edəcək

MN: Atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub

Rusiya və Ermənistanın XİN başçıları Qarabağ münaqişəsini müzakirə edib

Məhəmməd Əli Əl-Husi: “İşğalçılar Yəməndən çıxmalıdır”

Lukaşenko Belarus və Rusiyanın birləşməsindən danışdı

İnqilab Rəhbəri Ayətullah Hoseyni Şahrudinin vəfatı münasibətilə başsağlığı veriblər

Putin: "Gürcüstan xalqına hörmət əlaməti olaraq sanksiyalar lazım deyil"

Salome Zurabişvili Rusiyaya müraciət edib

Şou məclisdə niyə Oqtay Əsədov şouputatları danışdırmır

Asif Yusiflinin şikayətinə ilkin baxış olub

Putini təhqir edən jurnalist işdən çıxarılıb

Bak-Tbilisi qatarında baş vermiş hadisənin SƏBƏBİ məlum olub

Ürəyin minik vasitəsi məhəbbətdir

MN: Qoşunların təmas xəttində nisbi sakitlik müşahidə olunub

Gürcüstanın müxalif televiziyası fəaliyyətini bərpa edib

Nardaranda və daha bir neçə yerdə dini kolleclər açılacaq - Komitə Sədri

Hacı Tale Bağırovun islami kimliyi və vətənsevərliyi ermənilərin dəstəyinə sığmır-Təhlil

Arxiv Print RSS
 
Tarix : 2019 Jun 16     |     Kod : 58333

Jurnalistin xanımı: DTX əməkdaşlarının qanunsuz əməllərindən yazdığına görə cəzalandırılıb

Polad Aslanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib

Arannews-iyunun 14-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan “xeberman.com” saytının təsisçisi və baş redaktoru Polad Aslanov haqqında ilkin istintaq dövrü üçün dörd aylıq həbs-qətimkan tədbiri seçilib. İyunun 14-də Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev bu barədə qərar çıxarıb.

Jurnalistin həyat yoldaşı Gülmirə Aslanovanın Meydan TV-yə dediyinə görə, P.Aslanov özünü təqsirli bilməyib, ona verilən dövlətə xəyanət ittihamının şər-böhtan olduğunu deyib: “Polad həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu, DTX əməkdaşlarının qanunsuz əməlləri haqda yazılarına görə cəzalandırıldığını bildirib”.

G.Aslanovanın sözlərinə görə, həyat yoldaşı Məşhəd, Kərbəla ziyarətinə gedən zəvvarların hər birinə görə bu səfərləri təşkil edən firmalardan DTX əməkdaşlarının rüşvət alması barədə araşdırma yazı hazırlayıb. Məlum olub ki, firmalar bu cür əlavə pulları da səfər xərcinin üstünə gəlir, ona görə qiymət baha çıxır.

Həyat yoldaşı bildirir ki, həmin yazıdan sonra Poladı fiziki durumu imkan vermədiyi halda, 2018-ci ilin aprelində qəfildən hərbi xidmətə aparmışdılar. Həmin vaxt P.Aslanovun 29 yaşı vardı və ona səhhətindəki problemlərlə əlaqədar hələ uzun illər öncə “sülh şəraitində hərbi xidmətə yararsız” olması barədə hərbi bilet verilmişdi.

G.Aslanova bildirir ki, hərbi xidmətə aparılarkən Poladın 41 kiloqram çəkisi vardı, özü ürəyində damar tıxanıqlığından, yüksək qan təzyiqindən əziyyət çəkirdi.

P.Aslanov hərbi xidmətdən bu ilin aprelində qayıdıb. G.Aslanova bildirir ki, o, qayıdandan sonra da tənqidi yazılarını dayandırmadığına görə bu dəfə onu belə ağır ittihamla həbs edib cəzalandırdılar.

P.Aslanov Cinayət Məcəlləsinin 274-cü (dövlәtә xәyanәt) maddəsilə ittiham olunur. Bu ittihamla ona 20 ilədək və ya ömürlük həbs cəzası verilə bilər.

DTX-nın yaydığı məlumatda deyilir ki, P.Aslanovun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarıyla ölkədən kənarda mütəmadi görüşlər keçirməsi, onlardan pul alması, bunun müqabilində onlara informasiya ötürməsi, sosial şəbəkələrdə, saytlarda dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının gözdən salmağa yönəlik yazılar yazması barədə əsaslı məlumatlar olduğundan o, həbs edilib.

“Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanının əməkdaşları ilə tanış edib”, - DTX iddia edir.

P.Aslanov iyunun 12-də həyat yoldaşı və qızı ilə birlikdə Biləsuvar sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Onlar əvvəlcə DTX-nın Biləsuvar şöbəsinə, oradan da Bakıya gətirilib. Həyat yoldaşı və qızı bir neçə saat sonra buraxılıb, evlərində axtarış aparılıb, kompüter və telefonları götürülüb.


Yazılıb da (də)   2019 Jun 16  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap