Tarix : 2019 Jun 17
Kod 58335

"ABŞ səfiri Tbilisini qarışdırır" - Gürcü Pravoslav Kilsəsindən iddia

ABŞ-ın Gürcüstandakı səfiri Elizabet Rud ölkədəki situasiyanı gərginləşdirir.
24News.ge xəbər verir ki, bu ittihamı Gürcü Pravoslav Kilsəsinin rəsmisi David İsakadze irəli sürüb.

“Gürcüstandakı prosesləri kimin idarə etdiyi aydın görünür. Biz həqiqətən istəyirik ki, müstəqil dövlət olaq. 

ABŞ hökuməti səfirin simasında bizim ölkənin daxili işlərinə müdaxilə edir. 

O istəyir ki, prosesləri idarə edib, situasiyanı gərginləşdirsin, insanları bir-biriylə toqquşdursun”, - deyə o bildirib.

Qeyd edək ki, iki gün öncə paytaxt Tbilisidə LGBT fəallarının aksiyası keçirilib. Onlarla bərabər millətçilərin də yürüşü baş tutub. Tərəflər arasında toqquşma da baş verib.

Gürcüstan Patriarxlığı aksiyadan öncə məlumat yayaraq yürüşü pisləyib və hökuməti onun qarşısını almağa çağırıb.
  • Yazılıb
  • da (də) 2019 Jun 17
  • Göndərən مدير سايت Aran News