Tarix : 2019 Jun 18
Kod 58344

Ərdoğandan Makrona sərt reaksiya: Sən kimsən ki

Türkiyə prezidneti Fransa prezidentinin sözlərinə reaksiya verib.

“Arannews-ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Aralıq dənizinin şərqində qaz kəşfiyyatı məsələsində Ankaranı tənqid edən Fransa prezidenti Emmanuel Makrora sərt şəkildə etiraz edib.

“Bizim bu bölgədə çimərliklərimiz var və, Yunanıstan və Böyük Britaniya ilə yanaşı, biz də Kiprdəki qarant-ölkələrdən biriyik. Bəs, siz kimsiniz? Sizin də Kipriniz var?”, - deyə Ərdoğan bildirib.

“Belə fikir yaranır ki, siz Fransa prezidenti vəzifəsini tərk edərək vəkilliyə başlamışsınız. Ərdoğan danışanda isə, o, Kiprin qarant-ölkəsi kimi danışır”, - deyə o qeyd edib.

Türkiyənin olduqca kritik mərhələdə olduğuna işarə edən Ərdoğan əlavə edib: “Biz bu mərhələni qələbə ilə tamamlamaq üçün öz çiyinlərimizə böyük məsuliyyət almışıq və bu, bizim Türkiyə və onun xalqı qarşısındakı məsuliyyətimizdir”.

O deyib ki, Makron Türkiyənin Kiprdəki fəaliyyətini qərəzli şəkildə tənqid edib.

  • Yazılıb
  • da (də) 2019 Jun 18
  • Göndərən مدير سايت Aran News