Tarix : 2019 Jun 30
Kod 58416

Qüds toqquşmalarında 80 fələstinli yaralanıb

Fələstinlilərin işğal olunmuş Qüdsün İsəviyyə qəsəbəsində sionist qəsbkarlarla şiddətili toqquşmalarında azı 80 fələstinli yaralanıb.

Arannews-Fələstinlilərin sionist qəsbkarlarla şiddətili toqquşmaları dünən axşamdan başlayaraq, bu gün səhərədək davam edibdir.

İsəviyyə qəsəbəsində toqquşmalar fələstinli azadə əsir Muhəmməd Səmir Ubeydin sionist qəsbkarların atəşləri nəticəsində şəhid olmasından sonra şiddətlənibdir.

Sionist hərbçilər həmçinin bu gün İsəviyyə qəsəbəsi sakinlərindən azı 19 nəfəri həbs ediblər ki, onların əksəriyyəti şəhid Muhəmməd Səmir Ubeydin ailəsinin üzvüdür.

Digər bir xəbərə görə, Fələstinin səhiyyə naziri bildiribdir ki, dünən Qəzzə zolağının işğal olunmuş ərazilərlə sərhdində keçirilən "Qayıdış haqqı" yürüşünün 64-cü cüməsində sionist hərbçilərin atəşləri nəticəsində 49 fələstinli yaralanıbdır.

  • Yazılıb
  • da (də) 2019 Jun 30
  • Göndərən جهان کمالی