Tarix : 2019 Jul 01
Kod 58419

Müxalifəti təkcə Əli Kərimliyə bir şey olanda bilinən ölkənin GÖZƏGİRƏN yığını

Bildiyimiz kimi məhkəmələrin cərimələdiyi vətəndaşlarımıza pul toplamaq məqsədiylə Əli Kərimli və onun ətrafı "xeyriyyə marafonu" keçirdi. Bu məqsədlə "Müsavat" qərargahında toplanan insanların marafonu polis basqınına uğradı.
Arannews-Marafon dağıldı və Əli Kərimli polis tərəfindən saxlandı. Dərhal azad da edildi. Əli Kərimli azad ediləndən sonra müsahibəsində dedi ki, polis tərəfindən haqsızlıq, qanunuszluq və ən əsas yanlış anlaşılma olub.
Deməli, ölkənin, dövlətin hüquq mühafizə orqanının belə deməsinə baxmayaraq Azərbaycanda bir sıra yaltaq, GÖZƏGİRƏN, sionist səfirliklərinə işləyən saytlar, qurumlar, iqtidardan yal alıb fəaliyyət göstərən ünsürlər, heç bir p..xa dərman olmayan deputatlar Əli Kərimlinin xarici dövlətlərə işləməsindən, ölkədəki sabitliyi pozmasından danışdılar. 
Ən çox da tutuquşu kimi təkrarlanan söz budur ki, Əli Kərimli xarici havadarlarına işləyir və ölkədə sabitliyi pozur. GÖZƏGİRƏN yığını anlamır ki, Əli Kərimlinin üzv olduğu Milli Şura, sədri olduğu AXCP indiyədək hökümətin icazəsi olmadan və onun mitinq üçün təyin etdiyi yerlərdən başqa heç bir zamanda və məkanda mitinq keçirmir. Həmin gün qanunsuz yerə polis basqınına məruz qalanda da heç bir qanunsuz hərəkət etmədi, hadisə çıxartmadı, tərəfdarlarına "elə edin, belə edin" demədi və sakitcəsinə polislərlə birlikdə polis bölməsinə getdi. Hətta azad ediləndə belə müsahibə verərkən polis buna da dözməyib ora toplaşan insanların toplantısını dağıdarkən o, yenə aram, sakit, soyuqqanlı bir şəkildə sözünü deyib getdi. Bütün bunlardan sonra isə adamı ölkədə sabitliyi pozmaqda ittiham etdilər.
Əlbəttə ölkədəki sabitlik nədir? Bir para quldur, oğru nazirlərin, məmurların ailə biznesi qurması, yaramaz deputatların deputatxanada qocalması. Bir dəstə GÖZƏGİRƏN "ölkədə sabitlik" deyərkən onu nəzərdə tutur ki, Azərbaycan Suriyanın, İraqın, Yəmənin vəziyyətində deyil. Amma anlamırlar ki, ona görə bu ölkələrin vəziyyətində deyil ki, İlham Əliyev və onun hakimiyyəti ölkənin təbii sərvətlərini oğurlayır, bir hissəsini hegemon dövlətlərə yedizdirir, Qarabağı da tələb etmir, quzu balası kimi xarici ölkələrin çaldığı hava ilə oynayır. Budur əslində xarici dövlətlərə satılmaq. Hamıya bəllidir ki, bu gün kiçik dövlətlərin hər birisi böyük dövlətlərin siyasətindən asılı vəziyyətə düşmüş haldadır. Elə Heydər Əliyevin vaxtından dövlətin, daha doğrusu Əliyevlər ailəsinin siyasəti "balanslaşdırılmış", yəni "hər bir istəyən dövlətə sərvəti ver, özün də onların hesabına kef elə"dən ibarət olub. Hər halda xarici dövlətlər İlham Əliyevin qara-qaşına gözünə, burnuna aşiq olub onun hakimiyyətdə qalmasına razı olmayıblar ki? Azərbaycan elə də böyük, güclü ordu və siyasətə də malik deyil ki, deyəsən, İran, Rusiya, Çində olduğu kimi bu ölkədən də qorxurlar.
Bir dəstə GÖZƏGİRƏNİN sabitlikdən məqsədi odur ki, ağızlarına su alıb otursunlar, qorxularından zalım hakimiyyət haqda cınqırlarını belə çıxarmasınlar, hakimiyyət də arada-bərədə bunların ağzına it payı atsın, milyardları bunlardan taladığı halda bir iki otaqlı evlə bunların qəlbini ələ alsın vəssalam.
Bu cür GÖZƏGİRƏN insanlar üçün haqqı deyərkən həbs edilən insanlar tutulması, həbsxanada işgəncələrə məruz qalması, min cür şərlənib dustaq edilməsi ölkədə sabitliyin pozulması hesab edilmir. Çünki bu cür GÖZƏGİRƏN saytlar ən azından hakimiyyətin icazəsilə rahat, bahalı ofislərdə qalır, gic-gic yazılar, müsahibələr, fikirlərlə pul qazanıb günlərini gün edirlər. Bunlar üçün ölkədə iqtidar-müxalifət gündəmi deyilən bir şey yoxdur. Normalda, ölkədə demokratiya tələb edən insan olsaydılar bircə Əli Kərimlinin vücudundan muğayat olmalı idilər. Çünki ölkədə demokratiya o qədər məhv edilib, insan haqları, söz azadlığı, sərbəst toplaşma azadlığı o qədər ayaqlar altına atılıb ki, Əli Kərimliyə bir şey olanda xalq hiss edir ki, ölkədə müxalifət vardır. Azərbaycanda bir faiz də olsa demokratiya qoxusu gəlirsə o da, müxalifətin, Milli Şura və AXCP-nin etdikləri etirazların nəticəsidir. Təsəvvür edin ki, bu ölkədə hakimiyyətin hər cür zir-zibil yeyib qusduğu "cib müxalifəti" var, hər beş ildən bir müxalifət adıyla gedib prezidentliyə namizədlik verən "kuklalar" var, bütün günü İlham Əliyevin nazirlərini tənqid edib özünə "əziz qardaş", "canım prezidentim" deyən Hafiz Hacıyevlər, Tahir İmanovlar var, amma bunlar hər birisi ən böyük yaltaq, GÖZƏGİRƏN hesab edilirlər. Həqiqi müxalifətçilik edən Əli Kərimli isə "radikal müxalifət" adlanır. Məhz buna görə özləri qorxaq olub bir işə yaramadıqları, xalqın qayğısına qalmadıqları halda bu GÖZƏGİRƏNLƏR hakimiyyətdən rahat həyat, yaşayış bəxşişi alıb həqiqi müxalifəti qaralamaqla məşğuldu
  • Yazılıb
  • da (də) 2019 Jul 01
  • Göndərən جهان کمالی