Tarix : 2019 Jul 01
Kod 58422

Ermənilər Şuşada konsert verdi

Düşmən Şuşada böyük konsert keçirdi – Qarabağda erməni kilsəsinin bərpasının 30 illiyi

Arannews-Sovet dövründə də dinlərini yaşadan ermənilər tut arağı, qadınlarıyla bizləri dindən-dondan çıxarmışdı…

Dünən- iyunun 28-də separatçı ermənilər Azərbaycanın işğal altındakı Şuşa şəhərində geniş konsert tədbiri təşkil edib.

Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, buna səbəb erməni apostol kilsəsinin Qarabağ eparxiyasının bərpa edilməsinin 30 illiyi olub.

Konsertdə Fransa və Amerikadan gəlmiş tanınmış erməni əsilli müğənnilər də çıxış edib. Tədbirə qondarma rejimin başçısı Bako Saakyan, Qarabağın baş keşişi Parqev Marrtirosyan və digər separatçı məmurlar qatılıb.(moderator.az)


 
  • Yazılıb
  • da (də) 2019 Jul 01
  • Göndərən جهان کمالی