Tarix : 2019 Jul 02
Kod 58426

Tbilisidə etirazlar yenidən başladı

Tbilisidə yenidən etiraz aksiyaları keçirilir.

Arannews-APA-ya istinadən xəbər verir ki, ardıcıl 11-ci gündə parlament binası qarşısında keçirilən mitinqdə əsas tələb Daxili İşlər Naziri Giorgi Qaxariyanın istefa verməsidir.

Mitinq iştirakçıları DİN başçısının iyunun 20-21-də baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməsini tələb edirlər. Mitinqə müxalif “Avropalı Gürcüstan” və “Vahid Milli Hərəkat” partiyalarının üzvləri də qoşulub.

Qeyd edək ki, eyni tələblə Parlament binasının önündə quraşdırılmış çadırlarda 5 etirazçı bir həftədən çoxdur aclıq aksiyası keçirir.

  • Yazılıb
  • da (də) 2019 Jul 02
  • Göndərən جهان کمالی