Tarix : 2019 Jul 02
Kod 58428

2019-ci ilin ilk yarısında 84 fələstinli öldürülüb

"Fələstinli Şəhid Ailələri Milli Birliyi" tərəfindən dərc olunan məlumatlara görə, 2019-ci ilin ilk yarısında 84 fələstinli işğalçı İsrail rejimi qüvvələri tərəfindən öldürülüb.

Birlik məsələ ilə bağlı yaydığı açıqlamada şəhidlərdən 59-nun Qəzza zolağından, 25-nin İordan çayının qərb sahilindən, 8-nin qadın və 19-nun uşaq olduğunu bildirib.

Verilən açıqlamada 4-5 mayda iki fələstinli körpənin analarının bətnində şəhid olduğu qeyd edilib.

Açıqlamada, həmçinin yeni ilin əvvəlindən bu yana işğalçı qüvvələrin ailələrinə verməyərək, saxladığı şəhid nəşi sayının 12 olduğu, işğala qarşı Fələstin müqavimətinin əvvəlindən bu yana şəhid olub nəşi işğalçı qüvvələrin əlində olan şəhid sayının da 266-ya yüksəldiyi vurğulanıb.

"Fələstinli Şəhid Ailələri Milli Birliyi" işğalçı qüvvələrin nəşlərini ailələrinə vermədiyi şəhidlərin böyük əksəriyyətinin 1948-ci ildə işğal edilən torpaqlardakı Yaqub Körpüsü bölgəsindəki qəbiristanlıqda dəfn olunduğunu, bəzilərinin isə hələ də meyitxanalarda saxlanıldığını bildirib.

  • Yazılıb
  • da (də) 2019 Jul 02
  • Göndərən جهان کمالی