Tarix : 2019 Jul 02
Kod 58429

Trampdan etiraf: Ərdoğana qarşı ədalətsizlik etdik

ABŞ prezidenti Türkiyə ilə bağlı danışıb.

Arannews-Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp G20 sammitinin  yekunlarına dair mətbuat konfransında bəyan edib ki, Türkiyənin Rusiyadan S-400 ZRK sistemləri alması məsələsində, Ağ Ev Türkiyə ilə münasibətdə özünü “ədalətsizcəsinə” aparıb.

Tramp xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dan “Patriot” ZRK-lərini almağa hazılaşırdı, lakin əvvəlki ABŞ administrasiyası bu məsələdə Ankaraya rədd cavabı verib.

“O, “Patriot” raketlərini almaq istəsə də, prezident Obamanın ətrafı “yox” deyib... O, onları ala bilmədi, amma onlar ona müdafiə üçün zəruri idi. O zaman o, Rusiyaya müraciət etdi”, - deyə Tramp qeyd edib.

Üstəlik, onun sözlərinə görə, Türkiyə Rusiyadan ZRK-ləri aldıqdan sonra, ABŞ öz narazılığını bildirərək, Ərdoğanı həmin sazişdən imtina etməyə səsləyib.

“O, saziş bağladı, pul xərclədi, çoxlu pul yatırdı. O, onları alan kimi, ölkəmizdən olan insanlar ona zəng etdilər və dedilər ki, “qulaq asın, biz sizin həmin sistemləri almağınızı istəmirik, çünki o, NATO sistemi deyil”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Türkiyəyə qarşı bu cür siyasət doğru olmadı.

“Sizə düzünü deyəcəyəm, mən tam şəkildə öz ölkəmin tərəfindəyəm, lakin biz onlara qarşı ədalətsizlik etdik”, - deyə o etiraf edib.

  • Yazılıb
  • da (də) 2019 Jul 02
  • Göndərən جهان کمالی