Tarix : 2019 Jul 03
Kod 58434

Azərbaycanlı vəhabilər İŞİD terrorbaşına beyət etdi

İŞİD terror təşkilatının azərbaycanlı üzvlərinin videosu yayılıb.

Arannews-islamazeri.com-un verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatı ilə bağlı internetdə video yayılıb.

Həmin videoda terror təşkilatının əli silahlı və üzləri qapalı azərbaycanlı üzvləri İŞİD terrorbaşı Əbu-Bəkr əl-Bağdadiyə beyət edirlər.

"Allahı şahid tutaraq möminlərin əmiri - şeyx Əbu Bəkr əl-Bağdadiyə yoxsulluqda və qıtlıqda, çətinlikdə və asanlıqda beyət edirik", - deyə sözügedən videoda deyilir.

Videoda danışan əsas terrorçunun sözlərinə görə, əgər əl-Bağdadinin "açıq küfrünü" gördükdə, beyətlərindən geri dönəcəklər.

Həmin videonun Azərbaycanda çəkildiyi iddia edilsə də, bunu təsdiq edən heç bir sübut yoxdur.

Həmin videonu sizlərə təqdim edirik:

P.S. İŞİD təsirinə düşmək ehtimalı olan hər bir kəsə terrorçuların videonun sonundakı hallarına diqqətlə baxmalarını tövsiyə edirik

  • Yazılıb
  • da (də) 2019 Jul 03
  • Göndərən جهان کمالی