Tarix : 2019 Jul 03
Kod 58435

Gürcüstanda məhkəmə qərar verdi: sabiq deputat elektron qolbağ taxacaq

Müxalif Vahid Milli Hərəkat Partiyasının üzvü, keçmiş deputat Nika Melia elekton qolbaq daşıyacaq.

Arannews-Report"un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Apelyasiya Məhkəməsi qərar çıxarıb.

"Əgər günahım varsa, həbsxanada olmalıyam. Elektron qolbağı saat əvəzinə taxacağam. Bu, güclünün qalib gəldiyi mübarizədir", - deyə keçmiş deputat bildirib.  

N.Melianın elektron monitorinqini Baş Prokurorluq həyata keçirəcək. 

Qeyd edək ki, Tbilisi Apelyasiya Məhkəməsi Gürcüstanın Baş Prokurorluğunun keçmiş deputat Nika Melia ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə bağlı şikayətinə baxıb. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

  • Yazılıb
  • da (də) 2019 Jul 03
  • Göndərən جهان کمالی