Tarix : 2019 Jul 04
Kod 58438

Ərdoğan ABŞ-ın Fələstin arzusuna “YOX” dedi: Torqaq satılmaz!

"Bu, bizim mövqeyimizdir"

 “Arannews-Hürriyet”-ə istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Fələstin-İsrail münaqişəsinin həllinə dair təşəbbüsünü dəstəkləmədiyini bəyan edib.

“Biz heç vaxt bu təşəbbüsü yararlı hesab etməyəcəyik... Biz bildirdik: “Fələstin torpaqları satılmır”. Bu, bizim mövqeyimizdir”, - deyə o qeyd edib.

Xatırladaq ki, 25 İyun Bəhreyndə Fələstinin iştirakı olmadan sözügedən həll prosesi üzrə konfrans keçirilib. Fələstin bu təkliflə razı olmadığını bildirir.

  • Yazılıb
  • da (də) 2019 Jul 04
  • Göndərən جهان کمالی