Tarix : 2019 Jul 08
Kod 58463

İsrail Ordusu Qəzzadakı uğursuz gizli əməliyyatın təfərrüatlarını açıqladı: Polkovniki özləri vurub.

Ötən ilin noyabr ayında HƏMAS-ın İsrail Ordusunun Qəzzaya sızmaq istəyən xüsusi təyinatlılarının uğursuz əməliyyatları haqda məlumat vermişdilər

Arannews-islamazeri.com xəbər verir ki, o dönəmdə İsrail Ordusu HƏMAS-ın bu açıqlamalarını qeyri-rəsmi media vasitəsilə təkzib edərək, rəsmi açıqlama verməmişdilər.

Lakin dünən İsrail Ordusu noyabrda baş vermiş uğursuz əməliyyat haqda məlumatların mediaya ötürülməsinə izin verib.

Qeyd edilir ki, İsrail Ordusunun bu əməliyyatı əməliyyat qrupunun özlərinin səhvləri nəticəsində uğursuzluqla nəticələnib. Adı açıqlanmayan polkovnik leytenant digər adı açıqlanmayan polkovnik leytenantı səsboğucu tapanca ilə qətlə yetirib. Məlumata görə,  Qəzzanın Han Yunis bölgəsində İsrail xüsusi təyinatlılarından bir qrup mülki geyimdə Qəzza sərhəddində HƏMAS döyüşçülərinin sənədləri yoxlaması zamanı təşvişə düşüblər. Polkovnik leytenantlardan biri səsboğucu tapanca ilə HƏMAS üzvünə atəş açmış, qarşı tərəfin atəşindən sonra atışma zamanı İsrail xüsusi təyinatlısı polkovnik leytenanta atəş açaraq qətlə yetirib.

Xüsusi avadanlıqla təchiz olunan maşını da dostlarının cəsədini də Han Yunis sərhəddində qoyan digər qrup üzvləri İsrail Hava Qüvvələrinin köməyilə canlarını qurtarmışlar.

Bundan sonra İsrail vertolyotları bu xüsusi avadanlıqla təchiz olunan maşının ələ keçməməsi üçün atəş açmışlar. 

Netanyahu bu əməliyyatı "qəhrəmanlıq" adlandırsada, İsrail Ordusu əməliyyata "yerinə yetirilməmiş" möhürünü vurublar.

Qeyd edək ki, HƏMAS tərəfi xüsusi təyinatlı kəşfiyyatçı diversantların əməliyyat planlarını alt-üst etdiklərini bildirmişdilər.

  • Yazılıb
  • da (də) 2019 Jul 08
  • Göndərən جهان کمالی