Tarix : 2019 Jul 10
Kod 58472

Şou məclisdə niyə Oqtay Əsədov şouputatları danışdırmır

Gülər Əhmədova özü demişdi ki, bütün deputatlar sadəcə təyin edilir. Ramiz Mehdiyev tərəfindən seçilir.
Şouputatxanada baş şoumen Oqtay Əsədov qəribə açıqlama verib. Deyib ki, iclas başa çatandan sonra qəzetlər yazır ki, nə üçün deputatlar, daha doğrusu şouputatlara söz verilmir. Oqtay Əsədov daha sonra əlavə edib ki, bəzi jurnalistlər bu kimi məsələlərdən şou düzəltməyə çalışırlar. Şoumenlər də etiraz edib deyirlər ki, Oqtay Əsədov bizi təhqir edib. Çünki şoumenlər elə düşünür ki, onlar şouputatlardan daha çox xalqa xidmət edirlər. Məsələn, Allahtərəfi, KVN şouçuları, Rafel-Coşqun meymunluqları daha çox xalqı özünə cəlb edir, yoxsa şouputatxana? Bu dəqiqə şouputatxana biletlə olsa bir Allah bəndəsi pul verib gedib orda oturmaz. İlla ki, kimsə selfi çəkdirmək istəsə, hansısa yaputatla görüntü naminə foto çəkdirmək fikrinə düşsə. Heç də təsadüfi deyil ki, KVN şouçuları məhz yaputatxananı, nazirləri, məmurları tənqid etdikləri üçün rəğbətlə izlənilirlər. 
Əslində belə bir sual ünvanlayan jurnalistin məqsədi budur ki, nə üçün şouputatlar danışmır, şouputatxanada sakitlik hakim olur, deputat səsindən daha çox deputatxanadan ya kotlet iyi gəlir, ya da yatan deputatın xorxoru. Amma Oqtay Əsədov bir az mübaliğəli danışıb. Çünki mən bu dəqiqənin özündə inanmıram elə bir jurnalist tapa bilək ki, deputatxanada hansısa yaputatın, şouputatın danışdığının intizarını çəksin. Siz bəzi hallarda bir çox jurnalsitin deputatxanadan reportaj hazırlamasına, deputatları dindirməsinə çox də ciddi yanaşmayın. Onların hamısı qəzetə, jurnala xəbər olmaq üçün edilir. Həqiqətdə isə peşəsi naminə, bir parça çörək ucbatından məsələn Hadı Rəcəbli, Zahid Oruc, Qüdrət Həsənquliyev, Fazil Qəzənfər kimi "mıraz" adamlarla üzləşən jurnalistlər belə ikrah hissi keçirir, içlərində bu cür alçaq deputatlara sahib olduqları üçün xəcalət hissi keçirirlər. Həqiqətən müsahibə alan kiçik bir dəstə də ailə hakimiyyətinin yaltaqlarından ibarət insanlardır ki, ictimai fikir formalaşdırmaq, güya Ramiz Mehdiyevlə İlham Əliyevin təyin etdiyi deputatların doğrudan da bir işə yaradıqlarını göstərməyə çalışırlar. Xalqın isə bu insanlar barəsindəki rəyi bəllidir. Bir vaxtlar hakimiyyət deputatlarından olan Gülər Əhmədova özü demişdi ki, bütün deputatlar sadəcə təyin edilir. Ramiz Mehdiyev tərəfindən seçilir. Bundan əlavə, deputatxanadakıların bir p..a yaramadığını sübut etmək üçün başqa dəlillər də mövcuddur.
Biri budur ki, nə üçün deputatxanaya, daha doğrusu yaputatxanaya həqiqi bir müxalifətçi düşə bilmir. Necə oldu, bu müxalifətçilərin heç birini xalq sevmir? İkincisi, xalqdan bir-bir soruşun, sosial şəbəkələrə müraciət edin, görəcəksiniz ki, xalq bu adamları lənətləyir. Ümumiyyətlə xalqın nəzərində ölkədə millət vəkili deyə bir şey yoxdur, sadəcə iki şəxsin təyinatıyla seçilən yaputatlar mövcuddur.
Yaputatların danışmamasına gəlincə. Baxın, bu yaputatların bəzisi ümumiyyətlə deputatxanaya gəlmir. Onları xalq tanımır. Çünki onlar məhz yaputatxanada yer boş qalmasın deyə, müxalifət yer tutmasın deyə, bir də ölkədə deputatxananın mövcud olduğunu göstərmək üçün orada oturublar. Əksəriyyəti də müxalifətçiləri tənqid və təhqir etdikləri üçün orada oturub. Məsələn, Elşən Musayev yaputatdır, millət vəkili kimi bir p..a dərman olmayıb, bütün günü gic-gic məqalələrini trol saytlara göndərir, onlar da müxalifət əleyhinə olan məqalələri çap etməklə öz GÖZƏGİRƏNLİKLƏRİNİ nümayiş etdirirlər. Fazil Qəzənfər Heydər Əliyev haqda dediklərini yediyi, İlham Əliyevə yaltaqlandığı üçün yaputatxanada ona da yal veriblər. Araz Əlizadə prezident seçkiləri kompaniyasında Cəmil Həsənliylə çənə-boğaza çıxmışdı. Onu da birtəhər yaputatxanada üzv etdilər. Zahid Oruc, Qüdrət Həsənquliyev, Hüseynbala Mirələmov və s. lazımsız insanlar da o cür. Sonuncusu debatlarda İsa Qəmbəri, Əli Kərimlini söymüşdü. 
Bunlara əlbəttə Oqtay Əsədov danışmağa imkan verməz. Çünki biri danışıb deyir ki, avropa gəlib bizdən seçki sistemi öyrənməlidir. Hansı ki, bu sözü deyən Siyavuş kotletlə kokteyli bir-birindən ayıra bilməyəcək qədər "kəntoş" bir adamdır. Biri danışıb deyir ki, avropada İlham Əliyev kimi lider yoxdur deyə bizə paxıllıq edirlər. Biri deyir avropa ölkələrində krallar vardır, hökümətləri baş nazirlər idarə edir. Biri danışıb deyir ki, müəllim gedib günortadan sonra inşaatda işləsin. Bunların hansı danışır, ağzından üfunət iyi verir. Ona görə də bunlar danışmasa yaxşıdır. İş o yerə çatıb ki, xalq deyir ki, cəhənnəmə olsun Hadı da onun ailə biznesi də, yetər ki, ağzını açıb nəcasətini tökməsin. Çünki o danışanda, müharibə əlilləri, veteranlar, kasıb xalq, uşaq pulu üzünə həsrət qalanlar, aztəminatlılar, demək olar xalqın bütün təbəqəsi psixi xəstəliyə düçar olur. Yaputatxana bu cür lazımsız, abırsız insanlardan ibarətdir. Artıq hakimiyyət özü də bunları dediklərini eşitmək istəmir. Amma nə etsin ki, başqa adamları yoxdur. Bu səbəbdən də onlara danışmağa icazə vermirlər.
  • Yazılıb
  • da (də) 2019 Jul 10
  • Göndərən جهان کمالی