Tarix : 2019 Jul 10
Kod 58476

İnqilab Rəhbəri Ayətullah Hoseyni Şahrudinin vəfatı münasibətilə başsağlığı veriblər

İslam İnqilabının Böyük Rəhbəri bir müraciətdə Ayətullah Seyyed Mohəmməd Hoseyni Şahrudinin vəfatı münasibətilə başsağlığı veriblər.

Həzrət Ayətullahuluzma Xamenei başsağlığı müraciətində Qum və Nəcəf dini hövzələrinin görkəmli fəqihlərindən olan böyük din alimi Ayətullah Seyyed Mohəmməd Hoseyni Şahrudinin vəfatı münasibətilə o mərhumun tərəfdarları və şagirdlərinə, xüsusən onun ailəsinə və o mərhumun beyti-şərifinə bağlı olan insanlara başsağlığı veriblər.

Böyük fəqih, mərhum Ayətullah Seyyed Mohəmməd Hoseyni Şahrudinin vəfatı ilə bağlı İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei tərəfindən bu gecə şam və xıftən namazlarından sonra Qum şəhərindəki böyük məsciddə anım mərasimi keçiriləcəkdir.

Qum dini elmlər təhsili mərkəzinin böyük din alimlərindən olan Ayətullah Seyyed Mohəmməd Hoseyni Şahrudi bazar günü axşam 94 yaşında həqqin dəvətinə ləbbeyk dedi.

  • Yazılıb
  • da (də) 2019 Jul 10
  • Göndərən جهان کمالی