Tarix : 2019 Jul 14
Kod 58493

Üç hakim vəzifəsindən azad edilib

İyulun 12-də Məhkəmə-Hüquq Şurası üç hakimin tutduğu vəzifədən azad edilərək başqa işə keçirilməsinə qərar verib.

Arannews-iyulun 12-də Məhkəmə-Hüquq Şurası üç hakimin tutduğu vəzifədən azad edilərək başqa işə keçirilməsinə qərar verib. Bu barədə Turan-a MHŞ-dən məlumat verilib.

Həmin şəxslər Gəncə İnzibati-İqtisadi Məhkəməsinin sədri Natiq Abbasov və həmin məhkəmənin hakimi Kamil Rzayev, Göygöl Rayon Məhkəməsinin hakimi Rafiq Məmmədovdur.

Bu qərara səbəb kimi onların qanunvericiliyin tələblərini kobudcasına pozması, korrupsiyaya şərait yaratması, süründürməçiliyə və digər pozuntulara yol verməsi göstərilir.

Bəzi hakimlər isə intizam məsuliyyətinə cəlb edilib.

  • Yazılıb
  • da (də) 2019 Jul 14
  • Göndərən جهان کمالی