Tarix : 2019 Jul 15
Kod 58501

Azərbaycanda fahişəliyin artmasında kim günahkardır, kimin üzünə tüpürək

Azərbaycanda İslamla bağlı bir fəallıq müşahidə edilən kimi sionist israilin ölkəmizdəki muzdurları öz mediyasını işə salır. Heç də təsadüfi deyil ki, "İslam svilizasiyası Qafqazda" simpozumu başlayan kimi "Qadın liderliyi uğrunda" adı altında toplaşan bir dəstə qadın da çadranı, örtünməyi, hicabı, İranı vurmağa başladı.
Arannews-Heç də təsadüfi deyil ki, elə həmin günlərdə digər sionist muzduru olan, özünü dövlətçi kimi göstərməyə çalışsa da dəfələrlə sionist israilin ölkəmizdəki təsir agenti olduqlarını sübut etdiyimiz "Axar" saytı da çadra əleyhinə olan tədbiri öz mediyasında işıqlandırdı. Əlbəttə, biz istər İlham Əliyevin zahirdə özünü İslam himayəçisi kimi aparmasını, həm də sionist muzdurlarının İslam əleyhinə olan fəaliyyətlərini ifşa edib etirazımızı bildirdik. 
Burada diqqətə çatdırmaq istədiyimiz bir məsələ vardır. Elə bu günlərdə dünən çadra, örtünmə, hicab əleyhinə danışan qadınları reklam edən "Axar" saytı bir köşə yazısı çap eləyib. "Bakıda ərəblərin yatağına yıxılan Adımız" başlıqlı yazını oxuyanda doğrudan da adamın ürəyi ağrayır. Sionist muzdurlarının doğrudan da boş oturmadığının şahidi olursan. İndi deyilə bilər ki, yatağa yıxılan azərbayanlı, onunla pozğunluq edən ərəbdir, israilliyə nə dəxli var? Əslində çox dəxli vardır. Çünki dəfələrlə görmüşük ki, İran tərəfindən kimsə xeyir iş üçün ölkəmizə gələndə, hansısa tədbir keçiriləndə o saat israillilər narahat olur. Baxın, hazırda həbsdə olan ruhani Şeyx Sərdar Həsənli məntəqəsinin sionist nökəri olan icra başçısının "sukalığı" nəticəsində həbs edildiyi məlumdur. Digər bir məhbus olan Hacı Tale, Hacı Abgül, Hacı Mövsüm və digər inanclı ruhani və dindarlar hicab qadağalarına etiraz edərkən həbs ediliblər. Yaxşı bütün bunların günahı kimdədir? İlham Əliyevi qınayırıq, deyirlər İlham Əliyev nə etsin? İsraili günahkar bilirik, muzdurlarını narahat olur. Bəs günahı kimdə görək? Məsələn, nə üçün İlham Əliyevi qınayırıq? Çünki bir ölkədə fahişəlik baş verirsə bundan ötrü birinci günahkar o ölkənin prezidentidir. Bu yaxınlarda bir neçə qızın lüt oynayıb yutuba video qoymalarında da günahkarların biri İlham Əliyevdir. Çünki üfunət iyi verən telekanalizasiyalarımızda bütün günü rəsmən fahişəlik meydan sulayır. Xalqın fahişə kimi tanıdığı əxlaq pozan insanlar, şouçular efirdə bütün günü iylənir. İlham Əliyev nə vaxt icazə verdi ki, ölkədə doğru-düzgün dini, mənəvi təbliğat işə düşsün? Bəs İlham Əliyevi qınamayıb, kimi qınayaq? Rəis Rəsulzadənimi? Hafiz Hacıyevimi? Bir ölkədə fəsad baş verirsə birinci olaraq ölkə başçısı qınanmalıdır. Necə ki, ölkənin torpaqları işğal ediləndə, xalqı soyqırım ediləndə sərişdəsizlikdən ötrü prezident qınanır və bu, adətən normal, məntiqli qəbul edilir, eləcə də mənəviyyat işğal ediləndə basıb birinci şəxsin gözünü çıxartmaq lazımdır. Çünki o kor olmasa, ölkədə mənəviyyatsızlığı, fahişəliyi görsə, önləyici tədbirlər görsə bu qədər fahişəlik və fəsad baş verməz.
Biz bundan qabaq da etiraz etdik. "Qadın liderliyi uğrunda" təşkilatı sionistlərin gözünə girmək üçün çadranın, İranın, İslamın əleyhinə danışırlar, kor gözlərini açıb qadın liderliyindən qabaq qadın fahişəliyini görsünlər. Yığılıb Azərbaycan qadınını pis yola düşməkdən qorusunlar. Dövlətə müraciət etsinlər. Özlərini gülünc yerə qoymasınlar. "Axar" saytında fahişəliyi tənqid edən yazının müəllifi bunu demək istəyir ki, siz qadına dəyər verənsinizsə buyurun fahişəliyi pisləyin. Məhz sizin kimi düşük, dardüşüncəli insanlar səbəb olur ki, ölkədə fəsad, oğraşlıq, biqeyrətlik, fahişəlik baş alıb gedir. Nə qədər ki, siz hicabla, örtünməklə, namus-qeyrətlə bu qədər müharibəyə girəcəksiniz, o qədər adınız dünya dövlətləri içində bədnam olacaqdır. Əqidənizi, fəsadlı fikirlərinizi dəyişməyənədək bu vəziyyət belə də davam edəcəkdir.
  • Yazılıb
  • da (də) 2019 Jul 15
  • Göndərən جهان کمالی