Tarix : 2019 Jul 16
Kod 58508

Bakı və "Total" Xəzərdə iki enerji yatağının genişləndirilməsini araşdırırlar

Azərbaycan Respublikasının dövlət neft şirkəti- SOKAR və Fransanın "Total" neft şirkəti Xəzər dənizində "Ümid" və "Babək" eneji yataqlarının genişləndirilməsi üzrə əməkdaşlığı araşdırırlar.

Arannews-APA xəbər agentliyinin Azərbaycan Respublikasının enerji sektorundakı bir mənbəyə istinadlı məlumatına görə, Total şirkəti "Ümid" və "Babək" enerji yataqlarının genişləndirilməsi layihəsində iştiraka maraqlıdır və hazırda iki tərəfin müzakirəsi davam edir.

Bu məlumata əsasən, Rusiyanın "Luk Oyl" şirkəti də bu dəniz enerji layihəsinə qoşulmaq üzrə marağını elan edib və bu məsələni Azərbaycan Respublikasının dövlət neft şirkəti- SOKAR ilə müzakirə edəcək.

"Ümid" enerji yatağı 2010-cu ildə aşkar edilib. Təxminlərə görə, onun ehtiyatları 200 milyard kubmetr təbii qaz və 40 milyon ton qaz məmulatıdır.

"Babək" enerji yatağı da "Ümid" enerji yatağının yaxınlığında yerləşir və 2013-cü ildə bu yataqda geoloji işlər görülübdür.

Azərbaycan Respublikası hal-hazırda xarici şirkətlərdən ibarət konsorsiumla yanaşı, "Britiş Petrolium" şirkətinin podratçılığı ilə Xəzər dənizindəki ən böyük "Azəri, Çıraq və Günəşli" neft yataqları, eləcə də "Şahdəniz" qaz yatağını genşləndirəcək.

İranın milli neft şirkəti də "Şahdəniz" qaz yatağının genişləndirilməsi layihəsində on faizlik paya malikdir.

  • Yazılıb
  • da (də) 2019 Jul 16
  • Göndərən جهان کمالی