Tarix : 2019 Jul 17
Kod 58512

Ermənistanda hökumət binası qarşısında kəndlilər oturaq aksiya keçiriblər

Ermənistanın Ararat vilayətinin Kaxsraşen kənd sakinləri Yerevanda hökumət binasının qarşısında oturaq etiraz aksiyası keçiriblər.
Arannews-Bu barədə "Report.az” xəbər verib.
Xəbərə görə  onlar ölkənin baş naziri Nikol Paşinyan və ya onun köməkçilərindən biri ilə görüş tələb ediblər. 
Aksiya iştirakçıları əkin yerlərinin suvarılması üçün su probleminin aradan qaldırılmamasına etiraz ediblər.
"Bizdə hökumət olsaydı, bura bu qədər adam toplaşardımı? Bu, hökumət deyil, polis bölməsidir”, - deyə etirazçılardan biri vurğulayıb.
Aksiya iştirakçıları N.Paşinyanı su qıtlığı olan Kaxsraşen kəndinə gedib problemi yerində görməyə çağırıblar.
  • Yazılıb
  • da (də) 2019 Jul 17
  • Göndərən جهان کمالی