Tarix : 2019 Jul 18
Kod 58518

Bakıda Halal məhsulların sərgisi keçirilir

Bakıda Dünya İslam Kulinariya Konqresi keçirilir
Arannews-Maide.Az xəbər verir ki,  konqres Azərbaycan Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA) birgə təşkilatçılığı ilə baş tutub. 
AMKA prezidenti Tahir Əmiraslanov bildirib ki, konqresin keçirilməsində əsas məqsədlərdən biri Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisinin daimi olaraq Azərbaycana köçürülməsidir: "Bu tədbirdə 25 ölkə iştirak edir. Konqres çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadçıların İslam mətbəxi yarışları, WİCS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya təşkilatının II konfransı da keçiriləcək. Konfrans zamanı WİCS-in daxili məsələləri, proqramı, yeni layihələri müzakirə ediləcək".
O bildirib ki, eyni zamanda, tədbir zamanı halal sərgi də keçiriləcək. Halal sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alacaq. 16-18 iyul tarixlərində şirkətlər məhsullarını sərgidə göstərə biləcək. 
  • Yazılıb
  • da (də) 2019 Jul 18
  • Göndərən جهان کمالی