Tarix : 2019 Jul 18
Kod 58521

Bağdad partlayışlarında 23 nəfər ölüb və yaralanıb

İraqlı mənbələr dünən gecə paytaxt Bağdadın cənub-qərbindəki Əlməalif məntəqəsinin yaxınlığındakı hüseyniyyəsində iki partlayışın baş verməsindən xəbər veriblər.

İraqlı mənbələr bildiriblər ki, bu iki partlayışda azı üç nəfər ölüb, 20 nəfər də yaralanıbdır.

Bu partlayışlardan sonra iraqlı təhlükəsizlik-yardım qüvvələri məntəqəyə gəliblər. Onlar təhlükəsizlik tədbirləri görərək, yaralıları müalicə mərkəzlərinə köçürüblər.

İraqda İŞİD terror qrupunun məğlub olmasına rəğmən, hələ də bu terror qrupunun bir qrup üzvü bu ölkənin müxtəlif məntəqələrində iştirak edir və pərakəndə şəkildə terror hərəkətlərinə əl atır.

  • Yazılıb
  • da (də) 2019 Jul 18
  • Göndərən جهان کمالی