Tarix : 2019 Jul 21
Kod 58529

Rusiyada hərbi hissədə əsgərlər üçün məscid açıldı

Rusiyada hərbi hissədə əsgərlər üçün məscid açıldı
“Arannews-Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Rusiyanın Omska şəhərində dəmiryolu briqadasına aid hərbi hissə ərazisində məscid açılıb.
Açılışı mərasimində Omsk və vilayət Müsəlmanlarının Dini İdarəsinin müftisi Bota Bakulin iştirak edib.
“Biz çoxmillətli dövlətdə yaşayırıq, Allah birdir, Allaha iman xoşbəxtlikdir”, - deyə o qeyd edib.
Müftinin müavini Maqajan Javarov deyib ki, “Mədinə” adlı məscidin açılışı hərbi xidtmətdə olan müsəlmanlar üçün mühüm hadisədir.
Dəmiryolu briqadasının komandiri polkovnik Sergey Şişkin də öz növbəsində bildirib ki, hərbi hissədəki hərbi qulluqçuların 30 faizindən çoxu müsəlmanlardır, pravoslav kilsəsinin yaxının məscidin açılması isə “Rusiya xalqlarının qardaşlığını göstərir”.
Təntənələi mərasim camaat namazı və çay süfrəsi ilə tamamlanıb.
  • Yazılıb
  • da (də) 2019 Jul 21
  • Göndərən جهان کمالی