Tarix : 2019 Jul 20
Kod 58530

Lavrov: Amerika İrana qarşı təhrikedici hərəkətlərdən əl çəksin

Rusiyanın xarici işlər naziri Amerika rəsmilərindən istəyibdir ki, "bölgənin durumu daha artıq gərginləşməsin" deyə, İranla rəftarda təhlükəli, dardüşüncəli və təhrikedici hərəkətləri davam etdirməkdən əl çəksinlər.

Arannews-Sergey Lavrov Almaniyada çıxan "Rheinische Post" qəzeti ilə müsahibədə vurğulayıb ki, Moskva kiminsə şıltaqlığına görə Tehranla əməkdaşlığını kəsməyəcək. O, deyib: İranla əlaqədə gərginliyin artması Amerikanın təhlükəli siyasi kursunun nəticəsidir və bu siyasət Fars Körfəzi bölgəsində vəziyyətin ciddi şəkildə ağırlaşmasına gətirib çıxarıbdır.

Rusiyanın xarici işlər naziri deyib: Bütün səviyyələrdə saxladığımız əlaqələrdə amerikalı tərəflərdən israrla istəyirik ki, İranla əlaqədar vəziyyətin ağırlığını artıran hər cür hərəkətdən çəkinsinlər ki, nüvə anlaşmasının stabil icrası vəziyyətinə qayıtmış olaq.

Lavrov vurğulayıb: İran İslam Respublikası Rusiyanın qonşusudur və iki ölkə bütün istiqamətlənmələrdə şəffaf ikitərəfli əlaqələrə malikdir. Buna görə, rəsmi Moskva heç bir vəchlə kiminsə "İranofobiya təmayüllərinə" görə, Tehranla qarşılıqlı mənfəətə malik olan qanuni əməkdaşlığı dayandırmaq niyyətində deyildir.

  • Yazılıb
  • da (də) 2019 Jul 20
  • Göndərən جهان کمالی