Tarix : 2019 Jul 21
Kod 58532

Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq

Hökumət Ermənistan konstitusiya məhkəməsinin sədri və keçmiş ədliyyə nazir Qrayr Tovmasyana qarşı cinayət işinin başlanmasını istəyir.

Arannews-Rakurs.tv xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Azadlıq Radiosu”na müsahibəsində bildirib.

Hökumət başçısı bildirib ki, Q.Tovmasyan ədliyyə naziri olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bir neçə notarial kontoru qeyri-qanuni özəlləşdirib: “Hökumət buna görə onu cinayət məsuliyyətinə cəlb etdirmək niyyətindədir”.

Qeyd edək ki, Qrayr Tovmasyan 1970-ci il iyunun 8-də Ermənistanın Ararat vilayətinin Darakert kəndində anadan olub.

Ehtiyatda olan mayordur. 1998-ci ildən Rusiya-Erməni Universitetində dərs deyir. 2006-cı ildən Avropa Şurasının Yerevandakı məkətbində siyasi kurslarda mühazirə oxuyur. Özü bu məktəbin məzunudur. 2010-cu il dekabrın 17-dən 2014-cü il aprelin 30-dək Ermənistanın ədliyyə naziri işləyib. 2017-ci il aprelin 2-də o vaxtkı hakim Respublikaçılar Partiyasından deputat seçilib. 2018-ci il martın 2-də Konstitusiya məhkəməsinin üzvü təyin edilib və həmin il martın 21-dən isə məhkəmənin sədridir. 

  • Yazılıb
  • da (də) 2019 Jul 21
  • Göndərən جهان کمالی