Tarix : 2019 Jul 26
Kod 58557

İran ərazisində Bakı-Naxçıvan marşrutu üzrə avtobuslar üçün sürətli gediş-gəliş imkanları yaradılıb

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı gömrük razılaşmasına əsasən, Bakı-Naxçıvan və əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının İran ərazisində sürətli gediş-gəlişinə şərait yaratmaq üçün daha çox gömrük imkanları təqdim olunacaq.

Arannews-Azərbaycan Respublikasının dövlət gömrük komitəsi və şose yolu nəqliyyatı üzrə dövlət orqanının məlumatına əsasən, Bakı-Naxçıvan marşrutu üzrə sərnişin avtobusları və sərnişinlərin yükləri bundan öncə iki ölkənin sərhəd keçidinin hər iki tərəfində gömrük təftişindən keçirdi və bu məsələ avtobusaların gediş-gəlişində təxirə və sərnişinlərin narahatlığına səbəb olurdı.

İki ölkənin gömrük idarələri və şose nəqliyyatı üzrə dövlət orqanları arasında əldə olunmuş razılaşmaya əsasən, Bakı-Naxçıvan və əks istiqamətdə hərəkət edən sərnişin avtobusları, eləcə də sərnişinlərin yükləri bundan sonra Azərbaycan Respublikasının sərhəd keçidində gömrük təftişindən keçərək, plomb ediləcək və xüsusi nömrə ilə İran İslam Respublikası ərazisinə daxil olacaqdır.

Həmçinin Azərbaycan Respublikası gömrüyünün hər cür qaçaq hallarının daxil olmasının qarşısının alınması haqda üzərinə öhdəlik götürdüyünə görə, bu avtobuslar bir daha İran gömrüyü tərəfindən yoxlanılmayacaq və bu addım onların İran ərazisində sürətli gediş-gəlişi üçün lazımi şəraiti yaradacaqdır.

Qarabağ münaqişəsinə görə, hazırda Azərbaycan Respublikası ərazisindən sayılan Naxçıvanın bu ölkənin digər şəhərləri ilə şose yolu əlaqəsi yalnız İran İslam Respublikası ərazisindən mümkündür.

  • Yazılıb
  • da (də) 2019 Jul 26
  • Göndərən جهان کمالی