Tarix : 2019 Jul 28
Kod 58570

İranın qəzaya uğramış gəmisinin ekipaj üzvləri Bakıya köçürülüblər

İranın qəzaya uğramış gəmisinin bütün ekipaj üzvləri xilas edildikdən sonra Azərbaycan Respublikasının paytaxtı Bakıya köçürülüblər.

Arannews-Cümə günü Azərbaycan Respublikasının Lənkəran şəhərinin yaxınlığında Xəzər sularında qəzaya uğramış bu yük gəmisinin işçiləri xilas edildikdən sonra dünən gecə bir gəmi ilə Bakı şəhərinə köçürülüblər.

Yeddisi iranlı və ikisi Hindistan vətəndaşı olan bu gəminin bütün doqquz ekipaj üzvü tamamilə salamatdır. İranın Azərbaycan Respublikasındakı baş konsulu Hoseyn Celini, hərbi attaşesi Əli Seyfi və bir qrup səfirlik işçisi, həmçinin İranın gəmiçilik təşkilatının bu ölkədəki nümayəndəsi tərəfindən qarşılanan bu gəminin ekipaj üzvləri Bakıya daxil olublar. Tam sağlam olmalarına əmin olmaq üçün onlar həkim müayinəsindən keçiblər.

İranın Bakıdakı baş konsulu deyib ki, bu şəxslər lazımi şərait yaradıldıqdan və qanuni mərhələlər keçildikdən sonra tez bir zamanda İrana qayıdacaqlar.

İranın özəl sektora aid olan “Şəbahəng” adlı yük gəmisi qəzaya uğrayraq, Astara limanının 22 milliyində Xəzər sularında qərq olubdur. Bu gəmi Rusiyanın Mahaçqala limanı istiqamətinə 900 ton kaşı və keramika aparmaqda imiş.

  • Yazılıb
  • da (də) 2019 Jul 28
  • Göndərən جهان کمالی