Tarix : 2019 Jul 29
Kod 58575

Sərhəddə təxribat: Ermənilər hərbi maşınımızı atəşə tutdu

Sərhəddə təxribat: Ermənilər hərbi maşınımızı atəşə tutdu

Arannews-Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törətmişdir.

Bu barədə Hədəf14.az-a Dövlət Sərhəd Xidmətindən verilən məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “Kamaz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib.

“Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulmuşdur. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir”, məlumatda qeyd edilib.

  • Yazılıb
  • da (də) 2019 Jul 29
  • Göndərən جهان کمالی