Tarix : 2019 Jul 29
Kod 58576

Rusiya: İranın ağır su istehsalı dəhşətli deyil

İranın ağır su istehsal tempi dəhşətli problemlər vəziyyətinə gələcək qədər yüksək deyil.
Arannews-Bunu İranın nüvə proqramı üzrə Müştərək Əhatəli Plana (MƏP) dair Vyana görüşündən öncə Sputnik-ə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, iclasda müzakirə ediləcək əsas məsələlər İNSTEX və İranın Ərak ağır su reaktoru olacaq:

“Əlbəttə ki, İNSTEX müzakirə ediləcək, bununla yanaşı müzakirəsi vacib olan bir çox müxtəlif məsələlər var. Görüşdə ABŞ-ın təhdidləri və birbaşa sanksiyaları səbəbindən çətinlik çəkən Fordo və Ərak kimi layihələr müzakirə edilən bir nömrəli məsələ olacaq”.

İNSTEX mexanizminin üçüncü ölkələrə və İran nefti ilə bağlı sazişlərə açıq olmasının Müştərək Əhatəli Planı (MƏP) xilasetmə şansını artıracağını bildirən Ryabkov bildirib ki, əgər belə bir şey həqiqətən baş verərsə, MƏP-in qənaət şansları xeyli artar: "Biz bu çağırışı uzun müddətdir edirdik”.
  • Yazılıb
  • da (də) 2019 Jul 29
  • Göndərən جهان کمالی