Tarix : 2019 Jul 30
Kod 58582

Müsavatçı fəala 30 sutka həbs cəzası verildi

Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyevə 30 sutka inzibati həbs cəzası verilib.
Arannews-Məlumatı Müsavat Partiyasının başqan müavini Fərəc Kərimli yayıb.
"Azad Həsənova azadlıq aksiyasında iştirakına görə Elman Quliyevə Əliyev rejimi tərəfindən 30 sutka inzibati həbs cəzası verildi”, - deyə Fərəc Kərimli bildirib.
Bu gün bir qrup sakin Azad Həsənovun məhkəməsinin uzadılmasına etiraz olaraq "Azad Həsənova Azadlıq” şüarı ilə yürüş edib. 
Müsavat fəalı Azad Həsənovun məhkəməsindən sonra yürüşə başlayan qrupun qarşısı polis tərəfindən kəsilib və bəzi yürüş iştirakçıları saxlanılıb. 
Saxlanılanlardan Müsavat Partiyasının üzvləri Əli Həsənli, Əlikram Xurşidov, Fərid Hüseynli, Tahir Axundov, Namiq Niftiyev və AXCP üzvü Tofiq Məmmədov Nəsimi Rayon Polis İdarəsinə aparıldıqdan sonra sərbəst buraxılıb.
Elman Quliyev isə 21-ci Polis Bölməsindən birbaşa məhkəməyə aparılıb və Nəsimi Rayon Məhkəməsi onun barəsində 30 sutka inzibati həbs qərarı çıxarıb.
  • Yazılıb
  • da (də) 2019 Jul 30
  • Göndərən جهان کمالی