Tarix : 2019 Aug 01
Kod 58591

İranın iki raketatan kreyseri Bakı sahillərinə yan alıb

İran İslam Respublikası ordusunun dəniz qoşunlarının "Peykan" və "Couşən" raketatan kreyserləri 2019-cu il dəniz kuboku hərbi yarışlarında iştirak üçün bu gün Bakı sahillərinə yan alıblar.

Arannews-Bu iki iranlı gəmi bu gün günortadan öncə Azərbaycan Respublikasının dəniz qoşunları tərəfindən bu qüvvələrin komandan müavini Natiq Bağırovun başçılığı altında hərbi və rəsmi şəkildə qarşılanıbdır. Qarşılama mərasimində İranın Bakıdakı səfiri Cavad Cahangirzadə, İranın bu səfirlikdəki hərbi attaşesi və bir qrup səfirlik işçisi də iştirak edibdir.

2019-cu il dəniz kuboku hərbi yarışları avqustun beşindən on beşinədək İran İslam Respublikası, Rusiya, Qazaxıstan və Azərbaycan Respublikası kimi dörd xəzəryanı ölkənin eskadralarının iştirakı ilə bu ölkənin sahil sularında keçiriləcək.

  • Yazılıb
  • da (də) 2019 Aug 01
  • Göndərən جهان کمالی