Tarix : 2019 Aug 01
Kod 58594

Zurabişvilidən Keşikçidağ açıqlaması: İmkan verilməlidir

Gürcüstan Prezidenti Salome Zurabişvili hesab edir ki, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası üzrə birgə komissiyada rahat şəraitdə işləmək imkanı olmalıdır.

 Arannews-Axar.az xəbər verir ki, bu barədə Gürcüstan prezidentinin mətbuat katibi Xatiya Moisçrapişvili brifinq zamanı danışıb.

 “İnkişaf və bizim götürdüyümüz kurs üçün Gürcüstana müəyyən edilmiş sərhədlərin lazım olması məsələsi ilə hər kəs razıdır. Buna görə də Gürcüstan prezidenti hesab edir ki, komissiyaya işləmək imkanı verilməlidir. Sözsüz ki, heç kimin bunun bu gün və ya sabah baş verəcəyi ilə bağlı illüziyaları yoxdur. Lakin bizim istədiyimiz nəticəyə nail olmaq üçün komissiyanın dinc və səmərəli mühitdə işləmək imkanı olmalıdır”, - mətbuat katibi bildirib.

 Xatırladaq ki, sözügedən komissiya 23-24 may tarixlərində 8 ildən sonra Bakıda fəaliyyətini bərpa etmişdi.

  • Yazılıb
  • da (də) 2019 Aug 01
  • Göndərən جهان کمالی