Tarix : 2019 Aug 03
Kod 58603

Elman Quliyevin apelyasiya şikayəti təmin olunmayıb

Elman Quliyevin apelyasiya şikayəti təmin olunmayıb
Arannews-Avqustun 2-də Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyevin inzibati həbs cəzasından verilən apellyasiya şikayətinə baxılıb. Məhkəmə prosesində E.Quliyevin özü, vəkili Osman Kazımov, media və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Hakim F.Qasımov qərarında apellyasiya şikayətinin təmin olunmadığını elan edib.
Qeyd edək ki, Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyev iyulun 29-da həbsdə olan Müsavat fəalı Azad Həsənova azadlıq tələbi ilə keçirilən aksiyada saxlanılaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs müddəti ilə həbs olunub. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 531. 1 maddəsi ( polis işçisinin və hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamaq) ilə ittiham irəli sürülüb.
  • Yazılıb
  • da (də) 2019 Aug 03
  • Göndərən جهان کمالی