Tarix : 2019 Aug 04
Kod 58607

Tehran-Bakı münasibətləri ikiqat artıb

İrana səfər etmiş Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev bu gün İranın İqtisadiyyat Nazirliyində iqtisadiyyat naziri Fərhad Dejpəsəndlə görüşüb.

İranın iqtisadiyyat naziri bu iclasdan sonra müxbirlər qarşısında iki ölkənin səmimi münasibətlərinə toxunaraq, deyib: Dəmiryolu sənayesi daxil olmaqla müxtəlif sahələrdə dövlət və özəl sektorların birgə investisiya layihələri cərəyan etməkdədir və iki ölkənin mübadilələri keçmişdənkindən daha çox artacaqdır.

Dejpəsənd əlavə edib: Azərbaycan Respublikasında fəaliyyət göstərən iranlı şirkətlər 34 faizdən çox inkişafa malik olublar.

İranın iqtisadiyyat naziri əlavə edib: İki ölkə energetika, bank və gömrük məsələləri sahəsində yaxın və ortaq baxışlara malikdir. Bu məsələ Soçidə keçiriləcək İran-Rusiya-Azərbaycan Respublikası üçtərəfli iclasında qaldırılmaq üçün bir anlaşma formasında tənzim ediləcək.

  • Yazılıb
  • da (də) 2019 Aug 04
  • Göndərən جهان کمالی