Tarix : 2019 Aug 05
Kod 58612

Tehran və Bakı Rəşt-Astara dəmiryolu layihəsinin sürətli icrasını vurğulayıblar

İranın yol və şəhərsalma naziri və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Rəşt-Astara dəmiryolu layihəsinin sürətli icrasını vurğulayıblar.

Arannews-iranın yol və şəhərsalma naziri Mohəmməd Eslami və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin Tehranda keçirilən görüşündə iki tərəf Rəşt-Astara dəmiryoluna lazım olan təchizatlar, maliyyə təmini və həmkralıq metodlarını araşdırıbdır.

Eslami və Mustafayev həmçinin razılığa gəliblər ki; İranın, Rəşt-Astara dəmiryolunun inşası üçün nəzərdə tutduğu şirkəti müəyyən və təqdim etdiyinə görə, Azərbaycan Respublikası da müştərək iranlı-azəri şirkətin təşkil edilməsi üçün Soçi sammitindən öncə özünün təsdiq etdiyi şirkəti təqdim etsin ki, iş sürətlənmiş olsun.

İranın yol və şəhərsalma naziri və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Naxçıvan-Məşhəd dəmiryolu reysinin yenidən işə salınması barədə da hazırlıq elan ediblər

  • Yazılıb
  • da (də) 2019 Aug 05
  • Göndərən جهان کمالی