Tarix : 2019 Aug 06
Kod 58619

Azad həsənov azadlığa buraxılıb - Foto

Müsavatçı fəal Azad Həsənov məhkəmə zalından azadlığa buraxılıb.
Arannews-Avqustun 5-də Bakı Ağır Cinayətlər məhkəməsində keçirilən iclasdan sonra fəal 1 şərti cəza ilə azadlığa buraxılıb.
İyulun 22-dən iyulun 31-ə qədər Azad Həsənov aclıq aksiyası  keçirmişdi.
Azad Həsənov 2014-cü ildən Litvada mühacir həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb.
Müdafiə tərəfinin bildirdiyinə görə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutur.
Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə Azad Həsənov onun seçki qərargahının üzvü olub.
Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. A.Həsənov da məhkəmədəki ifadəsində ittihamı qəbul etməyib.
Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmirlər.
Samira R. Aghayeva adlı şəxsin şəkli.
  • Yazılıb
  • da (də) 2019 Aug 06
  • Göndərən جهان کمالی