Tarix : 2019 Aug 08
Kod 58631

Ötən il 1500-dən çox cinayət ictimai yerlərdə törədilib

Azərbaycanda 2018-ci ildə qeydə alınmış cinayətlərin 1525-i ictimai yerlərdə törədilib.

Arannews-FaktXəbər-in məlumatına görə, cinayətlərin 717-si küçə, meydan və parklarda olub.

Ötən il ildə qeydə alınmış cinayətlərin 1422-si silahla olub ki, onun da 51-i odlu silahla edilib.

Cinayətlərin 387-si sərxoş vəziyyətdə, 59-u narkotik vasitənin təsiri altında törədilib.

  • Yazılıb
  • da (də) 2019 Aug 08
  • Göndərən جهان کمالی