Tarix : 2019 Aug 11
Kod 58644

Ermənilər hərbiçimizi vurdu — Şəhidimiz var

Erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusu şəhid verib.

Arannews-Demokrat.az xəbər verir ki, bu barədə millət vəkili Adil Əliyev sosial şəbəkədə məlumat paylaşıb.

O qeyd edib ki, atəşkəsin pozulması nəticəsində Naxçıvanda N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi quluqçu, Ordubad rayonu Unus kənd sakini Yusifov Vüsal Nizami oğlu şəhid olub.

Hadisə ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaymayıb.

  • Yazılıb
  • da (də) 2019 Aug 11
  • Göndərən جهان کمالی