Tarix : 2019 Aug 11
Kod 58647

İslam İnqilabı Rəhbəri bütün müsəlmanlara və Hacc zəvarlarına müraciət ünvanladı

İslami İnqilabı rəhbəri Ayətullah Seyyid Əli Xamenei bütün müsəlmanlara və Hacc zəvarlarına mühüm mesaj ünvanlayıb.

Bismillahir-Rəhmanir-Rəhim


Allahın salamı və salavatı olsun rəsul, kərim, əmin və peyğəmbərlərin sonuncusu olan Məhəmmədə (s) və onun pak Əhli-Beytinə (ə), xüsusi ilə də Allahın yer üzündə "bəqiyyə"si olan İmam Mehdiyə (ə.f) və seçilmiş səhabələrə və onların yolunu gözəl şəkildə davam edənlərə, Qiyamət gününədək.


Hər il Həcc mövsümü Allah-Taalanın rəhmətinin İslam ümmətinə qayıdış vaxtıdır. Qurani-Kərim bu ayə ilə " وَ اَذِّن فِي النّاسِ بِالحَج" (insanları Həccə çağır) tarix boyu hamını bu İlahi rəhmət süfrəsinə dəvət etmişdir ki, həm onların Allahı axtaran ürəkləri və  həm də rasional düşüncələri bu süfrənin bərəkətindən faydalansın və hər il Həcc maarifi və təlimləri bir qrup insanların vasitəsilə İslam dünyasının hər yerinə çatdırılsın.


Həcc ayinində fərdin və cəmiyyətin inkişaf, tərəqqi, təlim və tərbiyəsinin əsas elementi olan zikr və bəndəlik iksiri, vahid ümmətin simvolu olan cəmiyyət və ittihad, vahid mərkəzin ətrafında hərəkət, ümmətin Tövhid əsasında hərəkət və çalışmasının rəmzi olan müştərək hədəf yolu, hacıların hər bir cəhətdən bərabərliyi və bir-birindən hansısa imtiyazla seçilməməsi ki, ayrıseçkiliklərin götürülməsi və imkanların hamı üçün eyni olduğunun əlamətidir, İslami bir cəmiyyətin əsas sütunlarını kiçik bir baxışda göstərir.


Həcc əməllərində olan ehram bağlamaq, təvaf etmək, asta qaçış (səy), minada dayanmaq (vüquf), şeytanı daşlamaq (rəmy cəmərat), minadan köçmək, hərəkət və dayanmağın hər biri İslam dininin formalaşdırmaq istədiyi və İslamda arzuolunan cəmiyyətin kiçik bir simvoludur.


Bir-birindən uzaq olan ölkələrin insanları arasında bilik və təcrübə təbadülü, bir-birinin halından xəbərdar olması, yanlış anlaşmaları ortadan götürmək, ürəkləri yaxınlaşdırmaq, müştərək düşmənlərlə vuruşmaq üçün gücləri birləşdirmək Həcc ayinlərinin çox böyük və əhəmiyyətli bir nəticəsidir ki, yüzlərlə adi toplanışda bunu əldə etmək olmaz.  


Həcc əməllərindəki “Bəraət” ayini ki, bütün rəhmsizlik, zülm, pislik, fəsadlar və hər zamanda zalimlərdən bizarlıq və imperialistlərin  zorakılıq və qəsəbkarlığının araşısında müqavimət göstərmək anlamındadır, Həccin böyük bərəkətlərindən biri və məzlum müsəlman millətlər üçün bir imkandır.


Bu gün Amerika başda olmaqla kafir və müşrik imperialistlərin cəbhəsindən bizarlıq etmək məzlumları öldürmək və müharibədən bezarlıq, İŞİD və "BlakVater" kimi terrorizm yuvalarından bezarlıq etmək və uşaq qatili olan sionist rejiminin və himayədarlarına İslam ümmətinin nərəsini göstərməkdir.


Bəraətin mənası Amerikanın və regiondakı qulbeçələrinin Asiyanın qərbində və Afrikanın şimalında millətləri ağır müsibətlərə salan və əzablarını çoxaldan müharibə icad etməsinin qarşısını almaqdır.  


Bəraətin mənası coğrafiya, irq və dərinin rənginə görə irqçilik və ayrıseçkilik salmaqdan bezarlıqdır.


Bəraət imperializmin və təcavüzkar hegomon qüdrətlərin iyrənc siyasətlərindən və İslamın hamını dəvət etdiyi ədalətli, nəcib və şərafətli rəftarı qarşısında hiyləgərliklərindən bezarlıqdır.


Bu dediklərim İbrahimi həccin bərəkətlərinin çox az bir hissəsi idi ki, İslam bizi ona dəvət edir. Bu Həcc İslamın formalaşdırmaq istədiyi cəmiyyətin kiçik formada təsvir edilmiş simvoludur ki, hər il müsəlmanların vasitəsi və Həccin rejissorluğu ilə böyük və mənalı bir tamaşa yaradır və hamını belə bir cəmiyyət yaratmağa dəvət edir.


İslam dünyasının ziyalılarının ki, onların da bir qismi hazırda Həcc ziyarətindədirlər, üzərinə ağır və məsuliyyətli bir vəzifə düşür. Həccin dərsləri onların təşəbbüsü və yaradıcılığı ilə bütün millətlərə çatdırılmalı və onların vasitəsi ilə düşüncə, məlumat və təcrübələrin mənəvi təbadülü həyata keçirilməlidir.

 
Bu gün İslam dünyasının ən mühüm məsələslərindən biri də Fələstindir. Fələstin irq, dil və məzhəbindən asılı olmayaraq bütün müsəlmanların bütün siyasi məsələlərinin önündə olmalıdır. Son əsrin ən böyük zülmü Fələstində baş vermişdir. Bu dərdli macərada bir millətin hər şeyi – evi, əkin sahəsi, sərvəti, heysiyyəti və kimliyi müsadirə edilmişdir. Bu millət İlahi tövfiqatın nəticəsində məğlubiyyəti qəbul etməyib, ayaqdan düşməyib və bu gün meydanda dünənkindən daha həvəsli və daha şücaətlidir. Amma bu işin arzuolunan nəticəyə varması üçün bütün müsəlmanların köməyinə ehtiyac var. Zülmkar Amerikanın və regiondakı xain həmkarlarının hiyləsi ilə icra edilməkdə olan "əsrin müqaviləsi" layihəsi təkcə Fələstin milləti barədə deyil, bütün bəşəriyyətin barəsində həyata keçirilən bir cinayətdir. Biz hamını düşmənin bu məkirli layihəsinin məğlub edilməsi üçün aktiv iştirak etməyə dəvət edirik. Allahın qüdrəti və müqavimət cəbhəsinin imanı ilə düşmənin bu hiyləsini və bütün məkirli planlarını məğlub edəcəyik.


Allah-Taala buyurur: 

         
 اَم يُ‍ريدونَ كَيدًا فَالَّذينَ كَـفَروا هُمُ ال‍مَكيدون.  صدق اللّه العلیّ العظیم.

"Ya da kafirlər istəyirlər ki, sənin əleyhinə hiylə etsinlər, amma bilsinləri ki, özləri hiylənin toruna düşüblər".


Bütün hörmətli hacılara Allahdan tövfiq, rəhmət, afiyət və itaətlərinin qəbul olmasını diləyirəm.


Seyyid Əli Xamenei

(leader.ir)

  • Yazılıb
  • da (də) 2019 Aug 11
  • Göndərən جهان کمالی