Tarix : 2019 Aug 12
Kod 58650

Kərbəlada `Qarabağ Azərbaycan torpağıdır` banneri açıldı – FOTO

Azərbaycandan yola çıxan “Ərəfə” karvanı müqəddəs Kərbəla şəhərinə çatıb.

Arannews-Faktxeber.com məlumat verir ki, avqustun 9-u İmam Hüseynin (ə) müqəddəs hərəmində artıq ənənə halına düşmüş xüsusi məclis təşkil olunub.

Məclisdə ilahiyyatçı Hacı Şahin Həsənli çıxış edib. Hərəmin əsas minbərində zəvvarlar qarşısında xütbə söyləyən ilahiyyatçı Kərbəla hadisəsinin mahiyyətindən söz açıb.

Ötən il olduğu kimi bu ildə şəhidlər sərvəri həzrət İmam Hüseynin (ə) hərəmində Azərbaycan şəhidlərinin şəkilləri və bayraqlarımız yerləşdirilib. Bundan əlavə gənc zəvvarlarımızın köynəklərini şəhidlərimizin şəkilləri bəzəyib. İzdihamlı tədbirə digər ölkələrdən olan zəvvarlar da qatılıblar. Ziyarətçilər hərəmin ərazisində Azərbaycan torpaqlarının işğala məruz qalmasını xatırladan “Karabakh the land of Azerbaijan”( Qarabağ Azərbaycan torpağıdır) bannerini açıblar.



 
  • Yazılıb
  • da (də) 2019 Aug 12
  • Göndərən جهان کمالی