Tarix : 2019 Aug 17
Kod 58672

Şeyx Zəkzaki Türkiyədə müalicə oluna bilər

Nigeriya şiələrinin lideri Şeyx Zəkzakiyə Hindistanda müalicə olunmadan bu gün axşam saatlarında Nigeriyaya qaytarılması ehtimal olunur.

FaktXəbər-in verdiyi məlumata görə, bu barədə onun oğlu İbrahim Zəkzaki bildirib.

Bundan əlavə Nigeriya İslam Hərəkatının sözçüsü İbrahim Musa isə bildirib ki, Şeyx Zəkzaki Nigeriyaya qayıtdıqdan sonra Türkiyə, Malayziya və ya İndoneziyada müalicə ala biləcək. "Şeyx Zəkzaki ölkəyə qayıtdıqdan sonra müalicəsi üçün alternativ variantlar üzərində düşünəcəyik. O, özü Malayziya, Türkiyə və ya İndoneziyada müalicə olunmaq istəyir", - İbrahim Musa deyib.

  • Yazılıb
  • da (də) 2019 Aug 17
  • Göndərən جهان کمالی