Tarix : 2019 Aug 19
Kod 58685

Şəhid Mütəhhəri və Qədir-Xum hadisəsi

Şəhid, mütəfəkkir, filosof və fəqih Şeyx Murtaza Mütəhhəri İslamşünaslıq və Qurani-Kərim sahəsində əvəzsiz bir alim olmuşdur.

Qısa ömründə çox sayda dəyərli kitablar yadigar qoyub getmişdir. 
O, səlis yazısı və xalqın dərk edə biləcəyi dillə İslami məsələləri təhlil etmiş və fəlsəfi həqiqətləri açıqlamışdır.
Ustad Mütəhərri “Maidə” surəsinin 67-ci ayəsinin təfsirində buyurmuşdur: “Bu surə əhli-təsənnün və Əhli-Beyt (ə) davamçılarının nəzərinə görə Həzrət Peyğəmbərə (s) nazil olan son surə olmuşdur. 
Bu ayə o zaman nazil olmuşdu ki, Peyğəmbər (s) 13 il Məkkədə və on il də Mədinədə Allahın göstərişlərini yerinə yetirmişdi və bu ayə onun son əmrinin yerinə yetirilməsi idi. 
Əhli-Beyt (ə) davamçısı sual verir ki, əgər Peyğəmbər (s) bu ayəni elan etməsəydi, onda Peyğəmbərin (s) indiyə qədər etdikləri puç olardı? 
Yəni bu elə mövzudur ki, əgər bəyan edilməsəydi, onda İmamət mövzusu yarımçıq qalardı və onda da Peyğəmbərin (s) risaləti puç olardı. Bu mövzu o qədər mühümdür. 
Elə həmin surənin 3-cü ayəsi onu göstərir ki, həmin günü elə bir hadisə baş vermişdir ki, bununla din kamil olmuş və o, Allahın bəşərə əta etdiyi nemət hesab edilir. Bu elə bir şeydir ki, o olmadan İslam, Islam olmaz. 
Biz Əhli-Beyt (ə) davamçıları deyirik ki, bu, Qədir-Xum hadisəsidir ki, onunla din kamil olmuşdur. Ayənin nazil olmasına diqqət edən zaman görürük ki, bu haqda bir deyil, onlarla hədis vardır ki, Qədir-Xum gününə işarə etdiyini sübut edir. 
Deməli bu ayənin mənası odur ki, İslami cəmiyyətin bayırında olan kafirlər (dininizi aradan apara bilmədikləri üçün) məyusdurlar. 
Başqa bir tərəfdən onların təhlükəsi yoxdur. Yəni özünüzdən qorxun, ey müsəlman cəmiyyət! Bundan sonra əgər təhlükə olarsa, deməli siz özünüz İslam neməti ilə pis rəftar etmisiniz. 
Nemətə küfr etmisiniz. Ondan lazımlı istifadəni etməmisiniz. Nəticədə mənim sizin haqqınızdakı qanunum icra olunar”.
Ustad Mütəhhəri bu fikirdədir ki, “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” hədisi elə bir hədisdir ki, onu heç kəs inkar edə bilməz. 
Çünki, bu hədis bir çox mötəbər tarix kitablarında bəyan edilmişdir. İslamın ən qədim tarixi kitabı və əhli-təsənnünün qəbul etdiyi mötəbər kitab Yəqubinin tarix kitabıdır. 
Bu kitab üçüncü hicri ilində yazılmışdır. Təxminən Məmunun hökumətindən sonra Mütəvəkkilin zamanında yazılmışdır. Bu, ancaq tarix kitabıdır və orada hədis yoxdur. 
Bu kitabda Qədir-Xum hadisəsi bəyan edilmişdir. Əhli-təsənnünün qəbul etdiyi başqa tarix kitablarında da bu hadisə şərh edilmişdir.
Qədir-Xum hadisəsi eyni zamanda xalq ədəbiyyatında da öz yerini tutmuşdur. Çünki hər bir əsrdə baş verən hadisələri şairlər qələmə alardılar. 
Əllamə Əmini yazır ki, əgər Qədir-Xum hadisəsi dördüncü əsrdə baş veribdirsə, birinci, ikinci və üçüncü əsrin şairləri onun haqqında niyə yazırdılar. 
Hər bir əsrdə görürük ki, şairlər həmin əsrə aid hadisələri bəyan edirlər. Ona görə də bu hədisi inkar etmək olmaz.
Bunlar Ustad Mütəhərrinin İmamət və Qədir-Xum haqqındakı nəzərləri idi.
  • Yazılıb
  • da (də) 2019 Aug 19
  • Göndərən جهان کمالی