Tarix : 2019 Aug 21
Kod 58696

Seyid Həsən Nəsrullah: “İranla müharibə bütün müqavimət oxu ilə döyüşmək və bütün regionun alovlanması deməkdir”

Livanın Hizbullah hərəkatının baş katibi Seyid Həsən Nəsrullah 33 günlük müharibədəki qələbəyə toxunaraq, bu hadisənin İlahi bir qələbə olduğunu bildirib.
Arannews- xəbər verir ki, Seyid Həsən Nəsrullah 2006-cı ildəki 33 günlük müharibədəki qələbənin növbəti ildönümü münasibətilə etdiyi çıxışını, bu qələbəni təqdir etməklə başalayaraq, belə davam edib: “Tramp İranın güclü və cəsur olduğunu başa düşən kimi, İranla döyüşməkdən geri çəkildi. İran Amerikanın kəşfiyyat təyyarəsini vurmaqla və Britaniyaya məxsus neft tankerini (Stena İmpero) saxlamaqla cəsarətini sübut etdi.

Amerikanın İrana qarşı müharibə elan etməkdən çəkinməsi bir qələbədir və Trampın İranın hərbi gücünün fərqində olduğunu göstərir. İranla müharibə bütün müqavimət oxu ilə döyüşmək və bütün regionun alovlanması deməkdir”.

Xalqın 33 günlük müharibənin qələbəsinin ildönümü tədbirlərində ciddi şəkildə iştirak etməsinə toxunan Seyid Həsən Nəsrullah, belə deyib: “Xalqın ciddi olaraq bu mərasimə qatılması, düşmənə qalib gəlmə gücünə olan imanlarının hansı nisbətdə yüksək olduğuna işarə edir. Xalqımızın hiss etdiyi bugünkü təhlükəsizlik və daşındırıcı güc edilən cihad və fədakarlıq qarşılığında əldə edilmişdir və düşmənin Livana hücumdan qorxması edilən danışıqların və səsləndirilən şüarların yox, 1982-ci ildən başlayaraq günümüzə qədər davam edən gecə-gündüz işlərin nəticəsidir”.

Hizbullahın baş katibi, sözlərinin davamında bunları qeyd edib: “2006-ci ildə Livana qarşı başladılan müharibə yeni Yaxın Şərqin qurulması və Amerikanın bölgədəki döyüşünün tamamlanması üçün başladılmışdı. 33 günlük müharibə müqavimətin məhv edilməsi, Suriya dövlətinin dağıdılması və İraqda Amerikanın işğalının davam etməsi üçün bir başlanğıc idi. İsrail rejimi əgər müharibəni davam etdirsəydi, böyük bir fəlakətlə qarşılaşardı və digər tərəfdən isə müharibənin yaratdığı humanitar və ictimai şərtlər bizi müharibəni sona çatdırmağa razı saldı”.

Seyid Həsən Nəsrullah Amerikanın 33 günlük müharibədəki roluna da toxunaraq, belə danışıb: “Con Bolton, Nyu-Yorkda Ərəb ölkələrinə, Hizbullahı məğlub edib sılahsızlandırana qədər müharibənin dayanmayacağını söyləmişdi. Bu gün əlimizdə olan imkanlar 33 günlük müharibənin şərtləri ilə əsla müqayisə oluna bilməz”.

Hizbullahın baş katibi müqavimət rəmzi olan Bint-i Cubeyl kəndi və sionistlərin bu kəndə qarşı kin bəsləmələrinə işarə edərək, belə deyib: “Sionist rejimin hərbi naziri İsrail rejiminin hörümçək şəbəkəsindən daha zəif olmadığını söyləmək üçün Bint-i Cubeyli israrla işğal etmək istəyirdi, amma bacara bilmədi. Sionist nazir İsrail rejimi quru qüvvələrinin Livana və ya Qəzzaya qarşı quru hərəkatı başlada bilməyəcəyini vurğulamışdı”.

Hizbullahın baş katibi İsrail rejimi, Səudiyyə Ərəbistanı, BƏƏ və Fars körfəzindəki bəzi Ərəb rejimlərinin bölgəni müharibəyə sürükləməyə çalışdıqlarını qeyd edərək, belə deyib: “Hizbullah, Yəmən və Suriyada müharibənin dayanması və İraq və Livanda stabilliyin qorunmasının tərəfdarıdır”.

Müqavimətin təcrübələrinə də toxunaraq, 33 günlük müharibənin sona çatmasından etibarən davamlı təlim, təcrübə əldə etmə və irəliləməkdə olduqlarını qeyd edən Seyid Həsən Nəsrullah, belə danışıb: “Əgər bir dəfə daha bizə hücum edərlərsə, Cənubi Livan torpaqlarının hamısı bu gün içində bayram etdiyimiz müqavimət müstəvisi kimi olacaq və canlı yayından sionist briqadalarının məhv olmasına şahid olacağıq”.

Fələstinlilərin müqavimət əməliyyatlarına da toxunan Hizbullah lideri, belə deyib: “Fələstinlilərin İordan çayının qərb sahilində, Qəzzada və işğal altındakı Qüdsdə təşkil etdiyi əməliyyatlar müqavimətin bölgədə irəli bir səviyyəyə yüksəldiyini göstərir”.

Sözlərinin sonunda, “Müqavimət oxunun bir üzvü olmaqdan qürur duyuruq” deyən Seyid Həsən Nəsrullah, “Müqavimət oxu öz müqavimətiylə bölgədə dağıdıcı müharibənin qarşısını alacaqdır, müharibə hərisliyinə mane olacaq və müqavimətin dəyəri təslim olmaqdan daha azdır”.

Hizbullah lideri Livanın daxili məsələləriylə əlaqədar olaraq isə, bunları deyib: “Heç vaxt güclü olma əsasına görə rəftar etmədik və bütün tərəflərlə əməkdaşlıq etmək istəyirik”.

Seyid Həsən Nəsrullah Hizbullahın siyasi rəqiblərinə də belə səslənib: “Əgər Amerika və İsrail rejimi 33 günlük müharibədə qalib olsaydı, indi sizinlə rəftar etdiyimiz kimi, siz də rəftar edərdiniz?”/deyerler/
  • Yazılıb
  • da (də) 2019 Aug 21
  • Göndərən جهان کمالی