Tarix : 2019 Aug 25
Kod 58718

Sahil Rzalı: “Cavanlığımızı, haqqımızı əlimizdən alan xainlərə, zalımlara

Qurban bayramı ilə Məhərrəm ayı Aşura Günü arasında təxminən 30 gün ara var
Arannews-Bu iki müqəddəs ay xüsusi önəm daşıyır. Din xadimləri, alimlər bu ayları insan həyatında böyük təsirə malik olduğunu vurğulayır.

Qurban bayramı zahirən heyvan kəsməkdən və o paydan kasıblara ehsan etməkdən ibarətdir. Batində isə qısa desək, insanın əşrəf olduğunu ifadə edir.

Müqəddəs kitablarda Uca Yaradan buyurur ki, İbrahim ə.s.oğlu İsmayılı qəlbən, ixlasla əslində qurban kəsdi. Allah İbrahimi bu addımına görə oğlu İsmayılı ona hədiyyə etdi. Bəhanə əhli olmayan insanlar bu ayələrdən başa düşürlər ki, insan ali hədəflərə çatmaq üçün ona ən əziz olanı qurban verməlidir.

Hüseyn ibn Əli ə.s Qurban bayramından 28 gün sonra ali hədəfə -insanlığın qurtuluşu üçün əzizlərindən və canından keçirdi. Kərbəlada imam Hüseyn Allahın Qurban haqqında nə demək istədiyini canlı olaraq göstərdi. İmam Hüseyn ə.s bu fədakarlığının təsir nöqtəsi həqiqətən də qarşısıalınmaz bir reallıqdı.

Rəbbimiz İbrahimi ə.s İsmayıl və Həcər xanımla Hüseyn ə.s Əli Əkbər, Əli Əsgər, Əbülfəzl, Rübab Ümmül-Bənin xanımı başa düşəcək halda desək əvəz etdi.

Qeyd olunur ki, Ümmül-Bənin dünyasını dəyişənə qədər Həccə gedən yolda əyləşib ağladı. Oğlunun fədakarlığından, qollarının kəsilməyindən, məzlumcasına öldürülməsindən ağlayaraq danışardı. O, xanım niyə belə edirdi, kimlərdənsə yardım gözləyirdi? Əsla yox. Allaha ümid edən şəxs kimdənsə ümid gözləməz. O, xanım haqsızlığa məruz qalmış oğulların analarına demək istəyirdi ki, Allahdan başqasına ümüd edəni Allah başqasının ümüdinə saxlayar. Allahı saxlayıb kiməsə ümüd bəsləməyin adı nədir?

Biz Nardaran hadisəsi ilə haqsız yerə həbs edilən dindarlar dövlətimizin həssas vəziyyətdə olduğunu bilirik.

Dövlətçiliyimizə ziyan vuran xainləri tanıyırıq. Buna görə də haqqımızdan maksimum keçmişik. Çünki biz xain deyilik. Bütün bunlardan əlavə minimum haqqımızı tələb edirik. Əziz analar və bacılar, Əbülfəzli müdafiə edən Ümmül-Bənin kimi olmasa da, heç olmasa bizm bir xahişimizi yerinə yetirin. Quranlarınızı açın, təsbehlərinizi götürün, elə bizi şər-böhtanla, haqsız yerə həbs edərək cavanlığımızı, haqqımızı əlimizdən alan xainlərə, zalımlara Ümmül-Bənin kimi yanar qəlblə bəd- dua edin, lənət göndərin. Biz hər bir məqamda Allahımıza sığınmışıq.

Sahil Rzalı

15 saylı Cəzaçəkmə Müəssisəsi”.

YADDAŞ

2015-ci ilin noyabrında – Nardaran olaylarından əvvəl, “Müsəlman Birliyi” Hərəkatı sədrinin müavini Elçin Qasımovu polis saxlayıb. Noyabrın 5-də onun saxlanma səbəbini öyrənmək istəyən bir qrup dindar Sabunçu Rayon Polis İdarəsinin qarşısına gedib. Müsəlman Birliyi Hərəkatının üzvi olan Sahil Rzayev bu dindarların arasında olub.

O, Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunub.

Sabunçu Rayon Məhkəməsi S.Rzayevi 6 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edib. O, 15 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir.

Mayın 8-i Bakı Apelyasiya Məhkəməsi S.Rzayev və digərlərinin şikayətini rədd edib.

  • Yazılıb
  • da (də) 2019 Aug 25
  • Göndərən جهان کمالی