Tarix : 2019 Aug 25
Kod 58721

Azərbaycanlı mühacirlər bu dəfə "Rhein-Zeitung" qəzetinin redaksiyası önünə toplaşdılar

Avqustun 23-də Almaniyadakı azərbaycanlı mühacirlər siyasi məhbuslara azadlıq tələbilə aksiya keçirib.
Arannews-Aksiyanı "Demokratik Azərbaycanı Seç" (DAS) Təşkilatının fəalları təşkil edib. Piket Almaniyanın Koblenz şəhərində yerləşən "Rhein-Zeitung" qəzetinin qarşısında olub. Təşkilatçılardan Məmməd Qarayevin Meydan TV-yə verdiyi məlumata görə, aksiyada məqsəd alman mediasının diqqətini Azərbaycana yönəltməkdir:
“Məqsədimiz Almaniya cəmiyyətinin, KİV-in diqqətini Azərbaycanda insan hüquqlarının pozulmasına, ölkədə siyasi məhbusun olmasına yönəltməkdir. Alman dövləti və alman mətbuatı dünyada böyük təsirlərə malik olduğu üçün bu, çox əhəmiyyətlidir”.
Aksiya iştirakçıları düşünürlər ki, Azərbaycandakı problemlərin alman mediasında işiqlandırılması və alman cəmiyyətinə çatdırılması çox ciddi nəticələrin əldə edilməsinə gətirib çıxara bilər:
“Nəzərə alaq ki, media demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş problemlərinin işiqlandırılıb həll olunması baxımından əvəzsiz bir institutdur. Xüsusilə, Almaniya kimi inkişaf etmiş və söz sahibi olmuş ölkələrin mətbuat orqanlarının dünyəvi əhəmiyyəti var. Alman media orqanlarında Azərbaycan kimi avtoritar ölkələrin diqqət mərkəzində olması çox böyük təsirə malikdir,”- təşkilatçı deyib.
Aksiyaçılar düşünürlər ki, Azərbaycanda söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüquqları, siyasi mübarizə üçün imkanlar məhdudlaşdırılıb:
“Bu gün Azərbaycanda siyasi və dini əqidəsinə görə 110 nəfərdən artıq siyasi məhbus var. Ölkədə siyasi aktiv insanlara qarşı təqib və təhdidlər davam edir. Hər ay bir neçə şəxs saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilir. Bundan başqa, siyasi siafarişlə həbs olunan insanlar cəzaçəkmə müəssələrində mənəvi, psixoloji və fiziki işgəncəyə məruz qalırlar”, - deyə Məmməd Qarayev bildirir.
O əlavə edir ki, Azərbaycanda avtoritar hakimiyyət demokratik islahatlar aparıb, vətəndaşların inamını qazanmaq yerinə, insanları qorxu altında saxlayır və bu yolla korrupsiya, məmur özbaşınalığı, pis idarəetmə haqqında informasiyanın yayılmasına mane olur.
Aksiya iştirakçıları bəyan ediblər ki, Sərhədsiz Reportyorlar təşkilatının hesabatına əsasən, Azərbaycan ifadə azadlığı üzrə 180 ölkə arasında 166-cı, Beynəlxalq Şəffaflıq Təşkilatının Korrupsiya Qavrama İndeksinə görə 180 ölkə arasında 152-ci yerdədir.
Mitinqdə digər DAS üzvləri Rövşən Cabbarov, Babək Allahverdiyev, Alış Abdullayev, Elşən Abdullayev, Raul Qurbanov, İntiqam Xudiyev, Ramin Əhmədov, Aqşin Hacıyev, Nadir Rzayev və Murad Həmidov çıxış ediblər.
“Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası iyunun 28-də başladılıb. Bu məqsədlə ilk olaraq Almaniyanın Dortmund, Essen, Passau, Trier şəhərlərində yerləşən, tirajlı alman media orqanlarının önündə aksiyalar keçirilib.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

 
  • Yazılıb
  • da (də) 2019 Aug 25
  • Göndərən جهان کمالی