Tarix : 2019 Aug 26
Kod 58723

Türkiyə ordusunda narazılıq: 5 general istefa verdi

Türkiyə Ali Hərbi Şuranın (YAŞ) son qərarından narazı qalan Silahlı Qüvvələrin 5 generalı istefa verib.

Arannews-Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Generallar TSQ-dən istefa vermək üçün ərizələrini təqdim edib.

İstefa ərizəsini təqdim edən generalların adlarını təqdim edirik:

YAŞ-ın qərarından əvvəl xüsusi təyinatlıların komandanı olan general Əhməd Ərcan Şorbaçı, general Rəcəb Özdəmir, general Ərtoğrul Sağlam, general Bülənt Acarbay və general Ömər Faruq Bozdəmir.

  • Yazılıb
  • da (də) 2019 Aug 26
  • Göndərən جهان کمالی